Yaz təmizliyi necə edilir

Yaz təmizliyi necə edilir
Faydalı məsləhətlər
10.09.2017 35
Yaz təmizliyini düşünmək belə başınızı ağrıtmağa kifayətdirsə, deməli,
bu işi sürətləndirəcək bir rəhbərə ehtiyacınız var. Praktik, vaxt
qazandıran bir neçə məsləhətlə evinizi sürətli bir şəkildə təmizləyə
bilərsiniz.



İş bölgüsü mühümdür

Vaxtınızın çoxunu uşaqlarınızın tör-töküntüsünü yığışdırmaqla
keçirirsiniz. İndi isə sıra onlardadır, kömək etməyə məcburdurlar.
Onlara sadə, öhdəsindən gələ biləcəkləri işlər tapşırın. Məsələn,
tozları ala, yerləri silə, zibili ata bilərlər. Daha böyük uşaqlar isə
vanna otağını təmizləyə və tör-töküntünü yığışdıra bilərlər.



Yuma işləri

Həmişə yuduğunuz şeylərdən danışmırıq, arada yuyulanlara nəzərdə
tuturuq. Yastıq üzləri, süfrələri, pərdələri yumaq ağır bir iş kimi
görünür, elə deyilmi? Əslində isə elə deyil. paraşoq və gel ilə yuxarıda
sadalananların hamısını asanlıqla yuya biləcəksiniz. Birinci elə məhz
bu işinizi görün, digər işlərinizlə məşğul olarkən paltaryuyan maşın
problemi həll etmiş olacaq. Yuyub qurutduğunuz süfrələriniz is evinizin
təmizlik hissini artıracaq. 



Mebellərin yerini dəyişin

Yaz təmizliyi evi təravətləndirmək üçündür. Bunun ən radikal yolu da
əşyaların yerini dəyişməkdir. Stulların və kresloların yerini dəyişin.
Mümkündürsə, otaqların da avadaqlarını dəyişdirə bilərsiniz. Beləliklə,
təptəzə bir eviniz olacaq. Dəyişikliklər bitdikdən sonra evinizin
havasını dəyişdirin, onu pis qoxulardan azad edin. Bununla evinizə yeni
təravət qazandırmış olacaqsınız.



Son işlər

Təmizliyi bitirdiniz? Növbə güllərdədir. Mövsümü güllərdən bir buket
düzəldib qonaq otağının görünən bir hissəsinə qoyun. Girişi və vanna
otağını da güllərsiz qoymayın. Bu, evinizin havasını dəyişdirməyin ən
asan və sürətli yoludur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!