Ağızda pis qoxu

Ağızda pis qoxu
Faydalı məsləhətlər
10.09.2017 15
Ağızda
pis qoxu və ya halitoz anlayışları adətən ağız boşluğundan xoşagəlməz
iyin gəlməsini təsvir edir. Ağızda pis qoxunun olması daha çox insanın
özü tərəfindən deyil ətrafdakılar tərəfindən təyin edilr və bəzən böyük
psixoloji sarsıntılara gətirib çıxarır. Hətta bəzi insanlarda Halifobiya
deyilən psixoloji hal da inkişaf edir. Bu insanların ağızlarından pis
qoxu gəlməsə belə əksinin olmasına inanırlar. Təcrübəmizdə belə
vəziyyətdə hətta cərrahi əməliyyat tələb edən xəstələrə də rast
gəlinir. 



85-90%
hallarda ağızda pis qoxu ağız boşluğunda olan problemlərdən
qaynaqlanır. Qoxunun intensivliyi gün ərzində fərqli ola bilir. Adətən,
səhərlər ağızda iyi daha çox olur. Ağızda iyi bəzi qidalardan (soğan,
sarımsaq, ət, balıq, pendir və s.), köklük, siqaret və ya alkoqol
qəbulundan da qaynaqlana bilir. Bəzən isə ağızda iyi keçici olur və
yeməkdən və ya diş fırçaladıqdan sonra əmələ gəlir və tez də itir.
İyinin xarakteri əsas səbəbdən aslı olaraq fərqli ola bilir. 



Son
zamanlar aparılan tədqiqatlar sübut ediblər ki, dil üzərində qoxu
törədən bakteriyaların çoxalması və metilmerkaptan və hidrogen sulfit
(ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşması
ağızda iyin əsas səbəblərindəndir. 



Yaşlı
əhalinin 2,4%-ində (ABŞ-da) ağızda pis qoxunun olmasından şikayətlənir.
25% hallarda ağızda pis qoxunun olması davamlı xarakter ala bilər. Bu
isə həmin insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər
yaradır. Ağızda davamlı olaraq pis qoxunun olması insanlarda daimi
stress yaradır və onlarda özünə güvənin azalması ilə nəticələnə bilər. 



Səbəblər 



Ağızda qoxunun fərqli səbəbləri mövcuddur: 

-
Qida. Qida hissəciklərinin ağız boşluğunda və dişlərin ətrafında
qalması və parçalanması pis iyi yaradır. Efir yağına malik qidaların
qəbulu ağızda pis iyin digər səbəbidir. Efir yağları müxtəlif
bitkilərdən alınır və bunları aşağıdakıları nümunə göstərmək olar:
dəfnə, evkalipt, şam, zeytun, qızılgülü, jasmin, kərəviz, sidr ağacı və
s. Soğan və sarımsağın ağızda iyi yaratması hamıya bəlli olan bir
fakdır. İyi yalnız qida qalıqlarının ağız boşlüğunda qalmasından deyil,
həm də qeyd edilən yağların qana sovrulması və ağciyərlərə daşınması ilə
bağlıdır. Bu yağlar ucucu olduğu üçün ağciyərlərdən xaric olur və
tənəffüs zamanı ətrafa yayılır. Soğan və sarımsaq onların qəbulundan 72
saat sonra belə ağızda qoxu yaradır. 

-
Diş problemləri. Dişə düzgün gigyenik xidmətin göstərilməməsi və
dişətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas
səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və fırçalamırsınızsa qida
hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların
çoxalmasına və metilmerkaptan və hidrogen sulfit (ingiliscə,
methylmercaptan və hydrogen sulfite) buxarının formalaşmasına gətirib
çıxarır. Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ
gətirir. Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə damaqlarınızı
qıcıqlandıraraq iltihab yaradır (qinqivit) və hətta irinliyin əmlə
gəlməsi ilə nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında
cibciklər də yarada bilir ki, bu periodontit adlanan xəstəlyin
yaranmasını şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da
qoxu törədən bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait
yaradır. 

-
Ağızda quruluq. Ağız suyu ağız boşluğunun islanması və təmizlənməsində
əsaslı rol oynayır. Ağızın quru olması ölmüş hüceyrələrin dil, damaq və
yanaqda toplanıb qalmasına səbəb olur ki, bu da sonradan onların
parçalanaraq iyi törətməsinə səbəb olur. Ağızda quruluq normal fizioloji
hallarda yatan zaman qeyd olunur. Məhz bu səbəbdən də bəzən səhərlər
ağızda qoxu olur. Bəzi dərmanlar və siqaret çəkmə ağızda xroniki quruma
yaradan səbəblərdəndir. 

-
Xəstəliklər. Xroniki ağciyər xəstəlikləri və ağciyər absesi ağızda çox
dözülməz qoxuya səbəb ola bilir. Xərçəng və metobolik pozğunuqlar
ağızdan spesifik iyin gəlməsinə səbəb ola bilər. Məsələn, böyrək
çatışmazlığı sidik qoxulu nəfəs yarada bilir. Qraaciyər çatışmazlığı
zamanı "balıq qoxulu” nəfəs qeyd olunur. Nəzarət edilməyən şəkərli
diabet meyvə iyisini xatırladan iyi verə bilər. Qastroezofageal Reflüks
Xəstəliyi (QERX) zamanı da ağızdan iyi qeyd edilir. 

-
Ağız, burun və boğaz xəstəlikləri. Burunətrafı ciblərin infeksiyaları
ilə əlaqədar olaraq burun axıntısı geri qırtlağa da keçə bilir və ağızda
iyi törədə bilir. Uşağın ağızından pis qoxunun gəlməsi onun burunun da
yad cismin qalması üzündən yarana bilər. Qırtlaq infeksiyaları da tam
təmizlənənə qədər nəfəsin qoxulu olmasına səbəb ola bilir. Bronxitlər və
digər yuxarı tənəffüs yolu infeksiyaları da ağızdan pis qoxunun əmələ
gəlməsinin digər səbəblərindəndir. 

-
Tütün məmulatları. Siqaret çəkmə ağız boşluğunu qurudur və ağızda
qoxunun yaranmasına səbəb olur. Tütün məmulatlarını istifadə edənlər də
periodontal diş xəstəliklərinin əmələ gəlmə ehtimalı yüksəkdir. 

- Ciddi pəhriz. Ciddi pəhriz saxlayan insanlarda ketoasidoz üzündən ağızda meyvə iyili qoxu yarana bilər. 



Həkimə nə zaman müraciət etməli 



Bir
çox hallarda ağızda iyi adi gigyenik qaydalara əməl etməklə aradan
qaldırıla bilər. Əgər ağızda iyi gigyenik tədbirlərlə aradan qalxmırsa,
bu zaman həkimə müraciət etməniz tövsiyyə olunur. 



Evdə nə etməli 



Bir
çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət
etmədən belə ağızda pis qoxudan qurtula bilərsiniz. Aşağıdakıları
tövsiyyə edə bilərik: 

-
Hər yeməkdən sonra dişlərinizi yuyun. Diş fırçanızı işdə də saxlayin və
günorta yeməyindən sonra dişinizi qisaca fırçalayın. Çalışın gün
ərzində heç olmasa iki dəfə 2-3 dəqiqəlik dişlərinizi fırçalayın. 

-
Dişarasından qida qalıqlarını təmizləyin. Çalışın gün ərzində heç
olmazsa bir dəfə dişlər arasında qalan qida qalıqlarını təmizləyin.
Protez istifadə edirsinizsə buna daha çox diqqət yetirməniz gərəkdir. 

-
Dilin üzərini təmizləyin. Dilin üzərini tez-tez təmizləyin. Bununla
ölmüş hüceyrələr, bakteriya və qida qalıqları təmizlənmiş olur. Dilin
üzərini təmizləmək üçün xüsusi fırçalar satılır. Bakteriyalar daha çox
dilin arxa hissəsində toplanmağı xoşladığı üçün bu hissənin
təmizlənməsinə xüsusilə doqqət verin. 

-
Çoxlu su için. Çoxlu su qəbulu ağız boşluğunun nəm saxlanmasına və dil
üzərində qalan qida qalıqları və bakteryiların yuyulub aparılmasına
kömək edir. Saqqız çeynəmə ağız suyu vəzilərini qıcıqlandırır və ifraz
edilmiş ağız suyu qida qalıqları bə bakteriyaları yuyur. 

-
Diş fırçanızı tez-tez dəyişin. Bir diş fırçasından uzun müddət istifadə
etdikdə onn keyfiyyəti düşür və təmizləmə qabiliyyəti azalır. Odur ki,
tövsiyyə olunur ki, 3 aydan bir dəyişməklə yumşaq fırçalardan istifadə
edin. 

-
Mütəmadi diş həkimində profilaktik yoxlama. Ən azı ildə iki dəfə diş
həkimində profilaktik müayinədə olun. Müayinə zamanı lazım gələrsə
həkiminiz dişlərin dibini təmizləyə bilər. 

- Gün ərzində nanəli konfetlərdən istifadə edin. Nanəli konfetlərin sovrulması ağızdan pis iyin gəlməsinin qarşısını alır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!