Ağ saça və çatma qaşa bu gen səbəb olurmuş

Ağ saça və çatma qaşa bu gen səbəb olurmuş
Faydalı məsləhətlər
10.09.2017 9
Məşhur
rəssam Frida Kalonun çatma qaşlarını yəqin ki, xatırlayırsınız.
Nəhayət, bir çox şeirlərimizdə, mahnılarımızda vəsf edilən, bir vaxtlar
gözəllik simvolu kimi qəbul olunan çatma qaşın sirri tapılıb.

 

"Nature
Communications” jurnalında yayımlanan araşdırmada bildirilir ki,
insanlarda çatma qaşa və erkən yaşda saç ağarmasına eyni gen səbəb olur.
Avropa, Amerika və Afrikadan fərqli etnik mənsubiyyətə sahib 6 mindən
çox könüllüdən götürülən DNT nümunələri bunu sübut edir.

 

"IRF4” adlandırılan bu gen dəri, saç ve gözlərdə piqmentləri müəyyənləşdirir.

 

London Universitetninin alimi Kaustubh Adhikari yeni kəşf edilən gen haqqında bunları deyib:

 

"Saçların
tökülməsinə və saç rənginə təsir edən bir neçə gendən xəbərdar idik.
Ancaq saçların bozarıb-ağarmasını və saç telinin qalınlığını
müəyyənləşdirən bu geni yeni tapmışıq”.

 

Araşdırmaçılar eyni genin çatma qaşa, üzdəki və qaşlardakı tüklərin qalınlığına da təsir etdiyini bildirir.

 

Bu araşdırma sayəsində gələcəkdə insanlar saç ağarmasından və arzuolunmaz tüklərdən birdəfəlik xilas ola biləcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!