Burun spreyindən çox istifadə etməyin, yoxsa...

Burun spreyindən çox istifadə etməyin, yoxsa...
Faydalı məsləhətlər
10.09.2017 11
Günümüzdə
olduqca geniş istifadə edilən burun spreylərindən uzun müddət istifadə
etdikdə asılılıq yaradaraq, "rhinitis medikamentoza”, yəni dərmana bağlı
burun tıxanıqlıqlığına yol açır. 



Burun
tıxanıqlığı zamanı istifadə edilən bu spreyləri 5 gündən çox vuranda
asılılıq yaradır. Buna görə burun tıxanıqlığının əsl səbəbi aşkarlanıb
mütləq müalicə edilməlidir. 



Burun
tıxanıqlığı əsasən burun axıntısı, qrip, sinusit, allergiya kimi
səbəblərdən dolayı ortaya çıxır. Bu problemlər zamanı burun spreyi
vurduqda o, "konka” adlanan burun ətini kiçildərək bir neçə dəqiqə
içində təsirini göstərir və 5-7 gün bəs edir. 



Burun
spreyləri tez-tez infeksiya keçirən, allergiyası olan, burun qığırdağı
və sümüyündə əyrilik ucbatından tıxanıqlıq yaşayanlar üçün müvəqqəti
çıxış yoludur. İlk başda təsiri 6-8 saat davam edir, ancaq uzun müddət
istifadə edildiyində təsiri azalır və nəticədə asılılıq yaranır. Xəstə
burun spreyi olmadan nəfəs ala bilmir. 



Burun
tıxanıqlığına yol açan səbəbi müəyyən edib onu müalicə etməlisiniz.
Sprey yerinə isə bir müddət duzlu sudan, ya da kortizon tərkibli olmayan
və uzun müddət istifadəsi aslılıq yaratmayan burun spreyləri istifadə
edə bilərsiz. 



Burun
allergiyasına bağlı burun əti böyüməsi olan xəstələrə yerli anesteziya
vasitəsilə radifrekans edilir və burun əti kiçildilir. Burun əyriliyi
olanlara isə septoplastika əməliyyatı edilərək, burun tıxanıqlığı
problemi aradan qaldırılır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!