Sınmış termometr niyə təhlükəlidir?

Sınmış termometr niyə təhlükəlidir?
Faydalı məsləhətlər
10.09.2017 95
Biz bədən hərarətinin ölçülməsi üçün əksər hallarda civəli termometrdən istifadə edirik. Bu termometrlər çox dəqiq sayılır.



Lakin onların mənfi cəhəti də var - bu termometrlər çox asan sınır.
Nəticədə termometrin içərisində olan civə çölə axır. Civə və onun
birləşmələri insanın sağlamlığı və həyatı üçün çox ziyanlıdır.



Məhz bu səbəbdən Avropa ölkələrində civəli termometrlərdən çoxdan istifadə olunmur.



Termometrdən tökülmüş civə dərhal buxarlanmağa başlayır. Bu buxar isə
insan orqanizmi üçün çox təhlükəlidir. İlk növbədə civə neyritoksik
xüsusiyyətlərə malikdir. Bu o deməkdir ki, civə sinir hüceyrələrini
dağıdır. Həmçinin civə ağciyərləri, ürəyi, həzm sistemini zədələyir.



Civədən kəskin zəhərlənmə zamanı insanda intoksikasiya əlamətləri
meydana çıxır: zəiflik, iştahasızlıq, baş ağrısı. Həmçinin bu kimi
simptomlar da inkişaf edir:



- udma zamanı ağrı



- ağızda metal dadı



- ağız suyunun axması



- damaqların şişməsi və qanaması



- ürəkbulanması və qusma



- güclü qarın ağrıları



- ishal (bəzən qanlı ishal).



Ağır hallarda bir neçə gündən sonra insan həlak ola bilər.



Lakin mütəxəssislər vurğulayır ki, belə simptomlar yalnız civənin çoxlu miqdarda orqanizmə daxil olunması zamanı mümkündür.



Civəli termometrin içərisində 2 ml civə var. Bu miqdar insan üçün
təhlükəli deyil və kəskin zəhərlənməyə səbəb ola bilməz. Lakin nəzərə
almaq lazımdır ki, civə orqanizmdə yığılmaq xüsusiyyətinə malikdir. Bu
səbəbdən termometrin sınmasına etinasız yanaşmaq olmaz (xüsusilə evdə
kişik yaşlı uşaqlar olduqda).



Dağılmış civəni müəyyən qaydada yığmaq (skotç istifadə olunur), otağın
pəncərəsini açmaq, istilik sistemlərini (kondisioner, soba və s.)
söndürmək lazımdır (isti otaqda civə daha tez buxarlanır). Ən əsası isə
Fövqəladə Hallar nazirliyinin 112 xidmətinə zəng edib civənin dağılması
barədə xəbər vermək lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!