Burun tıxanıqlığını açan təbii yollar

Burun tıxanıqlığını açan təbii yollar
Faydalı məsləhətlər
10.09.2017 17
Burun tıxanıqlığı həyatımıza olduqca mənfi təsir edə və xüsusilə də başağrılarına səbəb ola bilər. 



Bəs burun tıxanıqlığını təbii yollarla necə açmaq olar? Bu problemin aradan qaldırılmasına yardımçı ola biləcək tövsiyələr... 



Sarımsaqlı su

Sarımsaq
bir çox problemlərin həllində oluğu kimi, burun tıxanıqlığının aradan
qaldırılmasında da təsirli vasitədir. Antiviral (antivirus) xüsusiyyəti
olan sarımsaq tənəffüs yolu infeksiyaları səbəbilə yaşanan burun
tıxanıqlığına yaxşı təsir edir. 



Pomidor suyu qarışımı

Bu
qarışım burun tıxanıqlığına qarşı çok effektivdir. Bir stəkan pomidor
suyunu əzilmiş 2-3 diş sarımsaq, bir qaşıq limon suyu, biraz acı sous ve
bir çimdik duzla birlikdə qaynadın. 



Hazırladığınız
bu qarışımı bir neçə gün ərzində gündə 2 dəfə isti halda için. Həmçinin
ədviyyatlı qidalara da üstünlük verərək burnunuzun açılmasını təmin edə
bilərsiniz. 



Evkalipt yağı

Evkalipt
yağı burun tıxanıqlığında çox təsirlidir. Evkalipt yağını bir yaylığa
damladın və gündə 2-3 dəfə iyləyin. Yastığınıza da damlatsanız, siz
yuxuladığınız müddətdə rahatlıqla nəfəs almanızı təmin edəcəkdir. 



İsti duş

İsti
duşa girərək burun tıxanıqlığınızın azalmasına yardımçı ola bilərsiniz.
Bu halda buxarın təsirilə yumşalan selik asanlıqla axacaq və burun
tıxanıqlığınız azalacaqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!