Boyun əyriliyindən qurtulmağın yolları

Boyun əyriliyindən qurtulmağın yolları
Faydalı məsləhətlər
10.09.2017 10
Uşağınızı
kürəyi üstə qoyduqda boynu bir tərəfə əyilirsə, mövqeyini dəyişdiyiniz
halda bu əyrilik davam edirsə və ən əhəmiyyətlisi, düzəltməyə çalışdıqda
düzəlmirsə, deməli problem çox ciddidir. 



Yeni doğulan uşaqlarda bu cür hallarla tez-tez rastlaşdığımız üçün daha dərindən araşdırmağa çalışdıq. 



Boyun əyriliyi (Tortikollis) nədir və necə başa düşülür?

\"Tortikollis\"
sözü \"əyriboyun\" mənasını verir və bir çox səbəbə bağlı olaraq,
kəskinləşə bilər. Boyun əyriliyi doğuşdan yaranır. Bu doğuş zamanı və ya
doğuşdan sonra özünü biruzə verir. Buna adi danışıq dilində doğuşdan
yaranan əzələ mənşəli boyun əyriliyi deyilir. Boyunda onurğa sütununun
hər iki yanında cütbaşlı əzələ Sternocleidomastoid (SCM) bir tərəfdə
gərgin və qısadır. Adətən əzələyə toxunduqda \"zeytun\" deyilən lifli
bir şiş ələ gəlir. 

Baş
əzələnin gərgin olduğu tərəfdə yana doğru əyilir və üz qarşı tərəfə
baxırmış kimi görülür. Boyunu əyriliyin əks tərəfinə qaytarmağa və ya
yana əyməyə çalışdıqda hərəkət məhdudiyyəti yaranır. 



Boyun əyriliyinə nə səbəb olur?

Əzələ
mənəli doğuşdan gələn boyun əyriliyinin səbəbini ilk dəfə 1893-cü ildə
Cheselden araşdırıb. Onun araşdırmasına görə, bu xəstəlik əzələ
daxilindəki qansızma ilə yaranan fibroz düyün və uşağın tərs gəldiyi
hallarda doğum aktı travması nəticəsində yarana bilər. Xüsusilə bud
çıxığı, əyrilik və skeletin doğuşdan gələn deformasiyası genetik
köklərlə bağlıdır. Ancaq bu problemi yaradan əsas səbəb hələ də tibb
elminə dəqiq məlum deyil. 



Uşaqlarda görülən hər bir boyun əyriliyi əzələ mənşəlidir?

Xeyr.
Əvvəla bu xəstəliklə bağlı mütləq tramatoloqa müraciət etmək lazımdır.
\"Eh, filankəsdə də belədir\"-deyib üstündən keçməyin. Bu xəstəlik uşaq
üçün ciddi təhlükəyə çevrilə bilər. Boyunda bu cür halların baş verməsi
qulaq iltihabına, boğazda badamcıq iltihabına, göz probleminə, limfa
şişlərinə gətirib çıxarır. Həmçinin ciddi əsəb pozuntuları yaradır. 



Boynu əri körpəsi olan valideyn nə etməlidir?

Mütləq
Ortoped Travmatologiya mütəxəssisinə üz tutmalıdır. Doğuşdan dərhal
sonra hiss olunsa, 6-cı aya qədər ananın edəcəyi məşqlər tamamilə
dayandırılmalıdır. Uşağın yatağı bərk, mütləq əyriliyin əks istiqamətinə
başını döndərməsini təmin edəcək şəkildə nizamlanmalıdır. Küncüt və
balqabaq yağı D vitamini yağı ilə qarışdırılmalı, 1 ay massaj
olunmalıdır. Ana uşağa süd verirsə, bolluca kalsiumla zəngin olan təbii
meyvə- tərəvəz yeməlidir. Bütün bunlar nəticə verməsə, 1-4 yaş arasında
əməliyyat etdirilməsi lazımdır. Bu problem uşağın 2-3 yaşında üzə
çıxıbsa, massaj, üzgü, gimnastik hərəkətlərlə müalicə edilməlidir.
Həmçinin qidaya xüsusi diqqət olunmalıdır. 



Müalicə edilməsə nələr ola bilər?

Müalicələr
edilməzsə, uşağın üzündə, gözündə simmetriya zamanla pozulacaq. Hətta 7
yaşında əməliyyat olunsa belə yenə də fəsad aradan qalxmayacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!