Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər

Sağlam qidalanmadığınızı bəlli edən əlamətlər
Faydalı məsləhətlər
10.09.2017 8
Sağlam
qidalanmadıqda orqanizmdə bir sıra fəsadlar meydana gəlir. Qidalanma
rejiminizi dəyişmək üçün təhlükəli xəstəliyə yaxalanmağı gözləməyin.

 

1. Mütəmadi olaraq yorğunluq hiss etmək

Təxmini səbəb: dəmir çatışmazlığı

Dəmir bədəni enerji ilə təmin edən minerallardan biridir. O, oksigenin orqanizmə paylanmasını təmin edir.

Dəmir çatışmazlığı zamanı oksigen düzgün paylanmır və yorğunluq hissi baş verir.

 

Həll yolu:

Dəmirlə
zəngin qidalar yeyin. "Fast-food” yeməklərindən vaz keçin. Qırmızı ətə,
dəniz məhsullarına üstünlük verin, göyərti yeyin.

 

2. Qəbizlik

Təxmini səbəb: lifli qidalar yeməmək

Lifli
qidalar bağırsaqların işini asanlaşdırır. Həm də tez doyub, gec acmağa
səbəb olduğu üçün arıqladır. Liflə zəngin qidalar yemədikdə qəbizliklə
yanaşı, digər mədə-bağırsaq problemləri ilə də üzləşə bilərsiniz.

 

Həll yolu:

Yulaf
əzməsi, sitrus meyvələri, alma, çiyələk, armud, avokado, mərci,
brokkoli kimi qidalar bol miqdarda lif ehtiva edir. Demək olar ki, meyvə
və tərəvəzlərin çoxunda lif var. Qida rasionunuza bunları daxil edərək
sağlamlığınızı qoruya bilərsiniz.

 

3. Əsəbi olmaq

Təxmini səbəb: kifayət qədər kalori qəbul etməmək

Aclıq
insanı əsəbi hala gətirə bilər. Enerjinin və qandakı şəkər miqdarının
normal səviyyədə qalması üçün kifayət qədər kalori qəbul etməlisiniz.
Sağlam qalmaq istəyən insan gündə minimum 1200 kalori qəbul etməlidir.

 

4.­ Depressiyaya meyllilik

Təxmini səbəb: karbohidrat əskikliyi

Bir
çox insan arıqlamaq üçün karbohidratlı qidalardan uzaq durur. Ancaq heç
karbohidrat qəbul etməmək də xoşbəxtlik hormonunun azalmasına gətirib
çıxara bilər. Bu isə depressiyaya meylli bir insana çevrilməyinizlə
nəticələnəcək.

 

Həll yolu:

Keyfiyyətli
karbohidrat mənbələrinə müraciət edin. Səhər yeməyində bütöv dənli
taxıldan hazırlanan çörək yeyin. Gün ərzində 1-2 ədəd alma yeyə
bilərsiniz. Axşam yeməyində isə sadə plova üstünlük verin.

 

5. Saçların tökülməsi

Təxmini səbəb: vitamin və mineral çatışmazlığı

Qida
rasionunuzda meyvə və tərəvəzlərə az yer ayırır və hazır qidalara
üstünlük verirsinizsə, deməli, orqanizminizə kifayət qədər zülal, dəmir,
E vitamini, maqnezium, kalium və mis daxil olmur. Bu isə saç
tökülməsinə gətirib çıxarır.

 

Həll yolu:

Toyuq,
balıq, yumurta və çərəz yeyin. Qabaq tumu, lobya, mərci və ispanaq da
sizə kömək edə bilər. Ən əsası gündə 2-3 ədəd meyvə, 4-5 fərqli
tərəvəzdən hazırlanan yeməklər yeyin. Hər yeməyə salatla başlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!