Evinizdə sizi yoran 10 səbəb

Evinizdə sizi yoran 10 səbəb
Faydalı məsləhətlər
10.09.2017 16
Gün
uzunu özünüzü yorğun hiss edirsinizsə buna eviniz səbəb ola bilər. Ev
dizaynı, əşyalar, yaşama şəkliniz sizin bütün ruh halınıza və yuxu
nizamınıza təsir edir. Bu yazıda Foxy sizin özünüzü yorğun
hissetməyinizə səbəb ola biləcək şeylərin nələr olduğuna cavab tapmağa
çalışdı.



1. Səliqəsizlik

Siz
təmizlik etməyərək istirahət etdiyinizi zənn edirsiniz, ancaq
səliqəsizlik sizin özünüzü daha da yorğun hissetməyinizə səbəb ola
bilər. Universitetlərdən birinin həyata keçirdiyi çalışmada aydın
olmuşdur ki, dağınıqlıq, səliqəsizlik daha çox zehni enerji sərf
etməyinizə səbəb olur və bu da stressi artırır. 



2. Mavi divarlar

Evin
yataq otağının divar rəngləri ilə bağlı araşdırma aparılmış və mavi
divarların ürək çırpıntılarını yavaşlatdığı, qan təzyiqini aşağı saldığı
və insanın özünü yuxulu hiss etməsinə səbəb olduğu görülmüşdür. Mavi
divar yataq otağı üçün gözəl bir seçim ola bilər, ancaq digər otaqlar
üçün seçilməməyi məsləhətdir.



3. Televizorlar

Televizorlar
və mavi ekranlı avadanlıqlar sizi yoran digər səbəblərdən biridir. Belə
ki, mavi dalğalar beyində melatonin maddəsini əmələ gətirir. Bu maddə
insanın yorğun və yuxulu olmasına səbəb olur.



4. Kofe

Bu
içki səhərlər canqurtaran içkidir. Kofein enerjini artıran maddədir,
lakin zaman keçdikcə  sizin özünüzü yorğun hissetməyinizə səbəb olur. 



5. Spirtli içki

Tərkibində
spirt olan içkilər sizin tez bir zamanda yuxuya getməyinizə kömək edir.
Lakin səhər normal oyandığınız vaxtdan daha tez oyanmanıza və yataqdan
qopa bilməməyinizə də səbəb olur.



6. Şam

Şam qoxusu insanda dinləndirici və yuxu gətirici təsirə sahibdir. Lakin bu eyni zamanda yorğunluq hissini də aktivləşdirir.



7. Karbohidrat və Şəkər

Karbohidrat və şəkərli qidalar insanın özünü yorğun hissetməsinə səbəb olur.



8. Aşağı temperatur

Araşdırmalar
nəticəsində məlum olmuşdur ki, yuxu üçün ən yaxşı tempratur 15-20 C
arasıdır. Bu isə o deməkdir ki, evinizdə tempraturun aşağı olması sizə
yorğunluq hissi verir.



9. Mobil telefonlar

Mobil
telefonun ən böyük problemlərindən biri öyrəşdirici xüsusiyyətinin
olmasıdır. 19-29 yaşlı insanlar arasında aparılan araşdırmada məlum
olmuşdur ki, bu yaş qrupuna aid olan insanların 20 faizi gecə zəng,
mesaj kimi səbəblərə görə bir neçə dəfə oyanır və yuxu nizamını pozur.
Bu isə bir sonrakı günün yorğun keçməsinə səbəb olur.



10. Bağlı pərdələr

Gün
işığı alan otaqda yaşayan və pərdələri bağlı şəkildə olub gün işığı
almayan otaqda yaşayan insanlar üzərində aparılan çalışmalardan aydın
olmuşdur ki, gün işığı almayan otaqdakıların gecə yuxuları nizamsız
şəkildə olur və digərlərinə görə 46 dəqiqə daha az yatırlar. Belə halda
sonrakı günün yorğunluğuna hazır olmaq lazımdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!