Çanta alarkən nəyə diqqət etmək lazımdır?

Çanta alarkən nəyə diqqət etmək lazımdır?
Faydalı məsləhətlər
10.09.2017 29
İş
qadınlarının və ev xanımlarının üstünlüyü daha çox içinə hər şeyi
sığışdıra biləcəyi çantalar olur. Hündürdaban ayaqqablarla isə kiçik
çantalara xanımlar üstünlük verirlər. Çanta seçdiyiniz zaman mütləq
özünüzə bu sualı verin: "Çanta alarkən nəyə diqqət etməliyəm?”



Çanta ölçüləri

İlk
öncə alacağınız çantanın ölçüsü sizin üçün rahat olub-olmadığına diqqət
etməlisiniz. Ehtiyacınız olan hər şeyi çantanıza sığışdıra
bilməlisiniz.

Qadınlar yetkinləşdikcə çantaları da onlarla birlikdə böyüyür. Çanta
ölçüləri geyiminiz və gedəcəyiniz məkanlarla əlaqəsi olmalıdır. Toya
getdiyimiz zaman  özümüzlə yeke çanta götürmərik, elə deyil?



Çantanın "bölmə”ləri

Qadınlar
adətən çantalarında axtardıqlarını asan tapa bilmirlər. Həm çantalarına
çox şey qoyduqları üçün, həm də çantalarındakı "bölmə”lər yetərsiz
olduğu üçün ev açarını tapmaq qadınların xeyli zamanını alır.

Əgər dağınıq çantaya sahibsinizsə, çoxlu bölmələri olan
çantalar istifadə edin və əşyalarınızı çantanın "bölmə”lərinə
yerləşdirin. Bu zaman telefonunuz zəng etdiyi zaman asanlıqla tapa
biləcəksiniz  



Çanta materialı

Çanta
seçdiyiniz zaman diqqət etməniz lazım olan nüanslardan biri də
materialdır. Daha keyfiyyətli materialı olan çantanı daha uzun müddət
istifadə etmək mümkündür.  Parça çantaları yaz və ya yay aylarında
istifadəsi idealdır. Tez çirklənməyinə baxmayaraq qolunuza yapışıb sizi
tərlətməyəcək.



Çantanın rəngi

Çantanızın
rəngi də təbii ki, çox önəmlidir. Əgər daha çox istifadə etmək
istədiyiniz çanta istəyirsinizsə, qarderobunuzda hansı rəngin üstünlük
təşkil etdiyinə fikir verərək seçim edin. Narıncı, çəhrayı və ya yaşıl
kimi rənglərdə olan çantalar bəzi kombinlərinizi zənginləşdirsə də
gündəlik istifadəsi mümkün deyil. Gündəlik istifadə üçün isə bej, boz və
ya qara rənglərə üstünlük verin.



Çanta alarkən nələrə diqqət etməlisiniz?

Stilinizə
uyğun olmayan parçaları bəyənə bilərsiniz, ancaq onlar gündəlik
istifadə üçün uyğun olmayacaq. Buna görə də geyimlərinizə uyğun olan
çantaya üstünlük verin. İş üçün isə  daha ciddi modelə üstünlük verin,
həftə sonu cins və t-şört kombinlərinizlə isə əyləncəli modelləri seçin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!