Çiçəklər evinizin havasını dəyişdirəcək

Çiçəklər evinizin havasını dəyişdirəcək
Faydalı məsləhətlər
10.09.2017 15
Evlərinizi
çiçəklərlə dekorasiya etdiyiniz zaman havasını tamamilə dəyişdirə
bilərsiniz.  Foxy”nin sizə çiçəklərinizi dekorasiya etmək üçün bəzi
məsləhətləri var Bağçanızdan topladığınız və ya aldığınız qısa saplı
çiçəklər böyük vazolarda aşağıya doğru qaça bilər və digər çiçəklərin
arasında əzilir. Bu qısa saplı çiçəkləri böyük vazolara qoymaq əvəzinə
keramik fincanlardan istifadə edə bilərsiniz. Fərqli və dekorativ
görünəcəyinə əmin ola bilərsiniz.



Çiçəklərinizin
uzun saplarını qısaltdığınız zaman necə kəsdiyinizə diqqət edin.  Çiçək
qayçısı və ya iti bıçaq istifadə edərək çiçəklərin budağını 45 dərəcə
bucaq altında kəsməlisiniz.



Açılmamış qönçələrin açması üçün saplarını kəsdikdən sonra çiçəklərinizi əvvəlcə ilıq suya sonra
soyuq suya qoyun.  İlıq su dolu vazoda çiçəklərinizi 1 dəqiqə
saxladıqdan sonra soyuq su dolu vazoya qoyun və 20 dəqiqə burda
saxlayın.



Çiçəklərinizi
vazoya qoymamışdan qabaq vazodakı suya bir neçə damcı vodka və bir çay
qaşığı şəkər qarışdırıb töksəniz çiçəkləriniz daha uzunömürlü olacaq.
Çiçəkləriniz solmağa başladıqda isə suya vodka əlavə edə bilərsiniz.
Beləcə çiçəkləriniz 2 gün daha çox qalacaq. 



Orkide
son dərəcə zərif çiçəklərdir və gündəlik su ehtiyacları digər çiçəklərə
nisbətdə olduqca azdır. Gündə bir buz kupu dibçəyinizə qoyaraq su
problemlərini həll edə bilərsiniz.



Güllərinizi
qoyduğunuz vazoları limon və portağal dilimləri ilə bəzəyə bilərsiniz.
Bunu etmək üşün biri böyük, biri kiçik iki saxsı vazonu iç içə
yerləşdirin və arada qalan boşluğa limon dilimləri yerləşdirin, su ilə
doldurun. İçəridə olan kiçik vazonu su ilə doldurun və içərisinə
çiçəklər qoyun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!