Kosmetik vasitələr

Kosmetik vasitələr
Faydalı məsləhətlər
10.09.2017 3
Dekorativ kosmetika kimi heç nə qadını cazibədar göstərə bilməz.
Müxtəlif kosmetik vasitələrlə, onlardan düzgün istifadə etməklə hər
xanım təbii gözəlliyini vurğulaya, qüsurunu gizlədə bilər. Qadınların
çoxu kosmetikadan gündəlik istifadə edir: pomada, tonal krem, tuş-hər
bir qadın çantasının ayrılmaz yoldaşıdır.

Kosmetika gün ərzində üzdə qalır, bir çoxları isə onu yatanda belə
silmir, ona görə də dərimizin vəziyyəti və sağlamlığı hansı kosmetikadan
istifadə etdiyimizdən bir başa asılıdır. Bəs dekorativ vasitə seçimində
nələrə diqqət etməliyik?



*Dərinizdə qızartı və səpkidən uzaq olmaq istəyirsinizsə, nəyə qarşı
allergiyanızın olduğunu dəqiq bilməlisiniz. Əgər bu dəhşətli söz sizə
yaddırsa yaxşıdır, əgər allergiyanız varsa, onda hər yeni vasitənin
tərkibini diqqətlə öyrənməlisiniz.

*İstifadə müddəti önəmli rol oynayır.

*Dekorativ vasitələrdə faydalı maddələrin miqdarına diqqət yetirin: E
vitamini, aloye geli, çobanyastığı ekstraktı, kalendula və rozmarin;
qialuron turşusu, skvalin, avokado və jojoba yağı.

*Dekorativ vasitələr dəri və ümumilikdə orqanizminiz üçün təhlükəsiz
olmalıdır. Məhz bu xüsusiyyətlərinə görə bu gün rəqabət böyükdür. Axı
dekorativ kosmetika qadını gözəlləşdirməklə bərabər, sağlamlığını da
qorumalıdır. Almamışdan əvvəl mütləq vasitəni dərinizin kiçik hissəsində
yoxlayın, əgər əks reaksiya yoxdursa alın.



Yaxşı tonal vasitə dərinin qüsurlarını örtmək və hamar ton verməklə
yanaşı, zərərli günəş şüalarından qorumalı, qocalmanı az da olsa
ləngitməli, dərinin nəfəs almasına yardım etməlidir.Tonal vasitə
seçərkən tərkibində gündənqoruyan filtrlərin, qialuron turşusunun
olmasına fikir verin.



TUJ. Nəzərə alın ki, suyadavamlı tuJun tərkibinə müxtəlif əlavələr daxil
olur ki, onlar da kirpiklər üçün faydalı deyil. Ona görə də tərkibində
təbii yağ və vitamin olan adi tuşa üstünlük vermək yaxşıdır. Belə tuj
kirpikləri həm uzadır, həm də qidalandırır



POMADA. Dodaq boyası nəinki dodaqlara rəng verir, həm də gün ərzində biz
onu "yeyirik”. Ona görə də təbii komponentli pomadaya üstünlük verin.
Belə ki, avokado, jojoba yağı və E vitamini çatları sağaldır, kalendula,
çobanyastığı və aloye vera ekstraktı isə antiseptik, antioksidant,
nəmləndirici effektə malikdir. Pomadanın üzərində aşağıdakı təyinatlar
olur:

Creame və ya creme-yağ və mumla zəngin pomadadır, soyuq havada dodaqları
əla qoruyur. Nəmlik və təravət effekti verir, optimal dərəcədə
parıltılı və mat olur.

Satin-atlaz. Çox yağlı pomada olmasa da, dodaqları yaxşı nəmləndirir.

Mate-mat. Belə pomadanın əlvan çalarları diqqəti cəlb edir, amma dodaqda
quruluq hissi yaradır. Tərkibində rəngləyici piqmentlər olur ki, onu
vurduqdan bir neçə dəqiqə sonra buxarlanır. Nəticədə dodaqda rəngli
plyonka qalır



Frost-sədəfli pomada. O, 60-70-ci illərdə populyarlığın zirvəsində idi. İndi yenidən dəbə qayıdır.

Sheer-şəffaf pomadadır, təbii makiyajı sevən hər bir xanımın
sevimlisidir. Onun funksiyası nəmləndirmə, günəşdən qoruma, parıltı
verməkdir. Amma rəngi demək olar ki, yoxdur.скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!