Diş daşlarını aradan qaldıran möcüzəvi resept

Diş daşlarını aradan qaldıran möcüzəvi resept
Faydalı məsləhətlər
10.09.2017 17
Qəhvəyi və ya sarı diş daşlarını ev şəraitində də yox etmək olar.

 

Diş
daşı çox yayılmış problemdir və müasir stomatologiya bunun aradan
qaldırılması üçün bir çox üsullar təklif edir. Lakin bu problemi
cibinizə qənaət etməklə ev şəraitində də yox edə bilərsiniz.

 

Ağız
boşluğunun xüsusi gigiyenası çox vacibdir. Əgər dişlərə vaxtında qulluq
göstərilməsə, diş ərpi, iltihabi xəstəlik, periodontit infeksiyası
inkişaf edə bilər. Periodontit infeksiyası zamanı diş nahiyəsində kəskin
ağrılar olur, dişə toxunduqda bu ağrılar bir az da artır. Həmçinin,
dodaq və yanaqlar şişir, damaq böyüyür, diş tərpənir. Bəzən damaqda,
içindən irin çıxan dəlik aşkar olunur. Xoşbəxtlikdən, bu dəhşətli
xəstəliyin profilaktikası üçün təbii vasitə mövcuddur!

 

İnqrediyentlər:

40 qram qoz qabığı

1 stəkan su

 

Hazırlanması:

Qoz
qabığını 20 dəqiqə ərzində suda qaynadın. Qarışığı süzüb soyumasını
gözləyin. 10 dəqiqə diş fırçasını qoz həlimində isladıb dişləri diqqətlə
təmizləyin. Bu proseduru diş daşı gedənə qədər gündə 3 dəfə təkrar
etmək olar.

 

Nəticəni
artıq 2 həftə sonra görəcəksiniz! Ən güclü antibakterial sayılan qoz
qabığı mina səthini təmizləməyə kömək edir. Bu prosedur qan axması,
damaq xəstəliyindən əziyyət çəkənlər üçün xüsusilə faydalıdır. Belə ki,
o, iltihabı sürətlə yox edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!