Uçuq niyə olur?

Uçuq niyə olur?
Faydalı məsləhətlər
10.09.2017 22
Əksər
vaxtlarda ağız bölgəsində hətta dodaq üzərində içi maye dolu halda
meydana çıxan uçuqlar bir müddət sonra partlayaraq dodaqda yara əmələ
gətirir. Adamı bir çox baxımdan narahat edən bu uçuqlar danışmağı,
gülməyi, hətta yemək yeməyə də təsir edir. Görünüş baxımından da çox
cansıxıcı bir vəziyyətdir. Bəzi adamlarda uçuq heç çıxmazkən bəzilərində
isə uçuq çıxması tez-tez təkrarlanan bir haldır. 



Uçuqlar
el arasında deyildiyi kimi qorxudan yaranan bir vəziyyət deyildir.
Uçuqlara səbəb olan ən önəmli faktor viruslardır. Uçuqlar çox vaxt
soyuqlayanda, stress halında meydana çıxar. Bu halın səbəbi isə uşaqkən
vücudunuza yoluxmuş olan uçuq virusunun bu kimi xəbərdarlıqlarla ortaya
çıxmasıdır. Uçuq virusundan tamamilə canınızı qurtara bilməzsiniz. Amma
nizamlı olaraq baxımınıza diqqət edərkən bu halı ən az səviyyəyə endirə
bilərsiniz. 



Uçuqlar
yoluxucu olduğu üçün xüsusilə tüpürcək və yaxın təmas yolu ilə keçə
bilir. Qarşı tərəfdəki adamda uçuq olmasa belə, uçuq virusu daşıya
bilər. Bu da irəliliyən zamanlarda sizin daim uçuq problemi yaşamanıza
səbəb olacaqdır. Buna görə kiçik uşaqlar öpülməməlidir, lazım gəlmədikcə
yaxın təmas qurulmamalıdır. 



Uçuq niyə olur? 

Vücudun
zəif anında yuxudan oyanan uçuğa təsir edən hallar: adət dövrü, ağır
diabet, əməliyyat olmaq, həddən çox spirtli içki içmək, həddən çox A
vitaminin qəbulu, infeksiyalar, Günəş altında çox qalmaq, hamiləlik,
hormonal dəyişmələr, qan azlığı, stress, yuxusuzluq, virusun təsir
etdiyi (uçuq çıxan) hissənin yaralanması, vücud müqavimətini azaldan
qızdırmalı xəstəliklər, yaxşı qidalanmamaq, yorğunluq, yüksək hərarət,
QİÇS (AİDS), ekzema, ciddi yanıqlar, orqan köçürülməsi müalicəsindəki
dərmanlar uçuq yaranmasına səbəb ola bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!