Bahar yorğunluğuna qarşı bitki çayları

Bahar yorğunluğuna qarşı bitki çayları
Faydalı məsləhətlər
10.09.2017 9
Bir çox insan mart-aprel aylarında bahar yorğunluğundan əziyyət çəkir.

 

Çayı hər dəfə təzə dəmləyib için. Çünki bitkilər suda 1-2 saat qaldıqdan sonra müalicəvi təsirini itirir.

 

Kirpiotu

Tərkibindəki
A, C və E vitaminləri sayəsində immunitet sistemini gücləndirir. Bu
bitki bədənin müqavimətini artırır. Antioksidant effekti verdiyi üçün
bahar yorğunluğuna qarşı təsirlidir. Gündə 1 fincan içməyiniz kifayət
edəcək.

 

İtburnu

Bu
bitki də tərkibindəki C vitamini sayəsində güclü antioksidant hesab
edilir. Qanı təmizləyir, bağırsaqların işini asanlaşdırır, immunitet
sistemini gücləndirir. Gündə 2 fincan içməyə çalışın.

 

Yaşıl çay

Yaşıl
çayın sağlamlıq üçün faydalı olduğunu bilməyən qalmayıb. Son illərin
populyar sağlamlıq trendlərindən olan yaşıl çay tərkibindəki
antioksidantlar sayəsində enerji bəxş edir. Bu çay halsızlığın və
yorğunluğun qarşısını alır. Gün ərzində 2-3 stəkan içə bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!