Bu məhlul dişləri ağ saxlayır

Bu məhlul dişləri ağ saxlayır
Faydalı məsləhətlər
10.09.2017 29
Kazein
(südün tərkibindəki əsas zülal) çayın boyama xassələrinin böyük
hissəsinə cavab verən dubil maddələri əlaqələndirir və dişlərin rəng
almasının qarşısını alır. 



Çay, qəhvədən sonra dünyada ən çox istifadə olunan içkidir. Çay dişlərin rənginə güclü təsir edir. 



Bu içki nə qədər çox dəm alıb oksidləşsə, onun boyayıcı xüsusiyyətləri bir o qədər yüksək olur. 



Kanadanın
Alberta Universiteti nəzdində stomatologiya məktəbinin tədqiqatçıları
müəyyən ediblər ki, süd qatılmış çay bu içkinin dişlərin rəngini
dəyişmək xüsusiyyətini zəiflədir. 



Kazein
(südün tərkibindəki əsas zülal) çayın boyama xassələrinin böyük
hissəsinə cavab verən dubil maddələri əlaqələndirir və dişlərin rəng
almasının qarşısını alır. 



Plombalı, kariyes əlaməti, yaxud aşkar çat və qopuq yerləri olan dişlər üçün bu istisna edilir. 



Eksperiment
zamanı dişlər 24 saat müddətinə 37˚C temperaturda adi çay və südlü çay
məhlullarının içinə qoyulub. Sonra yenə də rəngləri qeydə alınıb.
Nəticələr göstərib ki, südün tərkibindəki kazein çayın boyama
xüsusiyyətini zəiflədib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!