Evdar xanımlara faydalı məsləhətlər

Evdar xanımlara faydalı məsləhətlər
Faydalı məsləhətlər
10.09.2017 20
Günümüzdə
müxtəlif ailə qayğıları ev xanımlarının yorulmasına gətirib çıxarır.
Həmçinin unutmaq lazım deyil ki, bəzi qadınlar evdar qadın olmaqla
yanaşı, müxtəlif ixtisas və peşə sahibidirlər. Bu baxımdan onlar gərgin
gün keçirmiş olurlar. Ona görə də özlərindən aslı olmayan səbəblərdən
vacib amillərə diqqət yetirmirlər. Vaxtı-vaxtında qidalanmaq, özünə
qayğı göstərmək ailə üzvləri arasında ən çox onlara lazımdır. Məhz bu
cəhətlərin yetərli olmaması onların sağlamlıqlarında və ailə həyatında
müxtəlif problemlərin yaranmasına səbəb olur. Bu baxımdan evdar qadınlar
öz sağlamlıqlarına xüsusi diqqət yetirməlidirlər. 

Müasir
dövrümüzdə səhv qidalanma nəticəsində artıq çəki problemindən əziyyət
çəkənlər də az deyil. Məlumata görə Memorial Xidmət Xəstəxanasında
qidalanma və pəhriz sahəsində fəaliyyət göstərdiyi bildirilən pəhriz
mütəxəssisi Aysu Aydın, ev xanımlarına sağlam qidalanma və s. haqqında
məlumat verib. Onun sözlərinə görə yuxu saatlarını nizama salmaq sözü
gedən məsələdə olduqca vacibdir. Uzun televiziya serialları, gecənin gec
saatlarına qədər davam edən qohum ya da dost tanış ziyarətləri adamı
yuxusuz buraxıb, yuxu nizamının axsamasına yol açır. Ona görə də eyni
saatda yatıb, oyanmağa bədəni öyrəşdirmək lazımdır. 

Bu
məsələdə vacib amillərdən biri də iştahı nəzarətdə saxlamaqdır.
Nahardan sonra 2,5 - 3 saat müddətində qida qəbulu əhəmiyyətli hesab
olunur. 

Həmin
vaxtlarda meyvə və quru meyvələrin qəbulu da önəmlidir. Yay aylarında
bədənin suya olan ehtiyacı artdığından gündə lazımi miqdarda su
içilməlidir. 

İstəyə uyğun bir şəkildə kalorisi aşağı olan yeməklərdən dadmaq da pis olmaz. 

Ev
xanımı olmanın zövqlü tərəflərindən biri günün müəyyən saatlarını özünə
qayğıya və müxtəlif idman məşqlərinə ayırmaqdır. Gündə 1 saat məşğul
olmaq kifayətdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!