Fenlərin düzgün seçimi və istifadəsi

Fenlərin düzgün seçimi və istifadəsi
Faydalı məsləhətlər
10.09.2017 10
Qadınları
çox şeylər maraqlandırır: səliqəli saç düzümünə sahib olmaq üçün çox
çalışmaq lazımdır. Kimsə fendən yalnız saç qurutmaq üçün kimsə düz
saçlara sahib olmaq üçün , kimsə də biqudidən saçlarının burması üçün
istifadə edir. Fen modapərəstlərin əvəzolunmaz aksessuarıdır desək
yanılmarıq.



Fenlərin üç növü mövcuddur: konsentratorlar, diffuzorlar və stayler. 

Konsentratorlar bir çatlağa bənzər taxmaya malikdir, hansı ki, bütün
isti havanı saçlara yönəldir, nəticədə, saçlar qurudulur. Belə fenlər
yığcamdır və qadın əl çantasına yerləşdirmək olar.



Diffuzor – saçların qurutması üçün istifadə olunur. Fenlərin
əksəriyyətində bu cür başlıqlar var. Bu cür fenin köməyi ilə saçları
ehtiyatla qurutmaq və onlara əlavə həcm vermək olar.



Stayler saçların düzləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Onları
fen-şotkada adlandırırlar. Bu fenin köməyi ilə saçları düzləşdirmək,
burmaq, həcim vermək olar.



Başlıqlar 

Saç buran fendə ən vacib – başlıqlardır. Başlıqların köməyi ilə
istədiyiniz ölçüdə və həcimdə buruq saçlara sahib ola bilərsiniz. Ən
sadə başlıq buruq saçlarınıza müxtəlif həcmi verir. Başlığın diametri nə
qədər kiçik olsa, bir o qədər daha incə buruq saç alınar. Əksinə iri
buruqlar istiyirsinsə diametri böyük olan başlıqlara üstünlük
verməlisiniz.

Xüsusi büzmələnmiş taxmanın köməyi ilə saçlara dalğalı görünüş vermək
olar. Ütünün köməyi iləsə – hətta ən sözə baxmayan saçları düzləşdirmək
olar.



Saç buranın materialı

Saç buran fenin seçimi zamanı keramika və ya titan ütülərə diqqət
verməlisiniz. Metal səthli saç buranlar bizim saçlarımıza pis təsiri
göstərir.

İonlaşma sistemi antistatik effekti verir (istehsal edir) və saçların
təbii rütubətini dəstəkləyir. Saçların ionlaşması prosesində artıq
rütubət uzaqlaşdırılır, saçların cavanlaşdırılmasına imkan yaradır.
İonlaşma effektinin sayəsində tel elastik və parlaq alınır.



Tempraturun nizamlanması: 

İncə saçlar üçün – 150-ə qədər

Quru və sərt saçlar üçün – 150-dən 170-ə qədər

Çox sərt saçlar üçün – 170 – 210-a qədər

Fenlərdən müntəzəm istifadə edən xanımlar nəmləndirici və müalicəvi maskalardan istifadə etməlidirlər.



Temperatur diapazonu

Xüsusi diqqəti temperatur diapazonuna yönəltməlisiniz. Əsasən bu
100-200 dərəcə olur. Temperatur, nə qədər çox olsa bir o qədər mürəkkəb
və ya iri buruq saçlar əldə edə bilərsiniz.



Əhəmiyyətli detallar

İpi yoxlayın. O fırlanan olmalıdır, rahatlığınız üçün uzunluğu üç metrdən az olmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!