Novruz yumurtalarının kreativ boyama üsulları

Novruz yumurtalarının kreativ boyama üsulları
Faydalı məsləhətlər
10.09.2017 35
Novruza
artıq sayılı günlər qalıb. Şirniyyatlar bişirilib, bayram tədarükü
görülüb, müxtəlif Novruz ornamentlərilə xonçalar bəzədilir. Novruzun ən
sevilən simvollarından biri də boyanmış yumurtalardır. Xüsusilə də,
uşaqlar arasında.  Müxtəlif cür bəzədilmiş yumurtalar Novruz xonçasına
yaraşıq verir. Fürsətdən istifadə edib ayram qabağı xonçanızı daha da
gözəl etmək üçün evdə yumurta bəzədilməsi üsullarını təqdim edirik.



Lazım olanlar

12 ədəd ağ yumurta

12 ədəd kök, 1 sm qalınlığında dilimlər halında doğranmış

5 ədəd çuğundur, 1 sm qalınlığında kub şəklində doğranmış

1 ədəd qırmızı kələm, doğranmış

1 dəstə ispanaq, doğranmış

5 x.q. pulbibər

2 x.q. bitki yağı

1 və ½ stəkan ağ üzüm sirkəsi

Duz



¼ saplaq cəfəri, keşniş, nanə kimi göyərtilərin yarpaqları

2 cüt neylon corab, 6 sm boyunda kəsilir (təxminən 6 ədəd belə corab hissəsi alınır)



Yumurtanı
geniş qabda bişirmək lazımdır, çünki boyayərkən problem yaranmasın,
hamısı tam halda boyansın. Geniş qab daha çox su tutur, yumurtaların
üstünü tam şəkildə örtür. Hər bir boya üçün də ayrıca geniş qab
lazımdır. Boyanı əlavə edərkən daha çox duz səpin.



Narıncı
boya əldə etmək üçün 5 stəkan su ilə dolu olan geniş qazana 1 sm
qalınlığında dilimlər halında doğranmış kök əlavə edilir. 1 ç.q.
pulbibər və duz da əlavə olunub yaxşıca qarışdırılır. Orta istilikdə 1
saat bişirilir. 

Göy
rəngli boya əldə etmək üçün 5 stəkan su ilə dolu olan geniş qazana
kələm və 1 ç.q. duz əlavə edilir. Orta istilikdə 1 saat bişirilir.



Çəhrayı
boya üçün isə 5 stəkan su ilə dolu geniş qazana kub formasında
doğranmış çuğundurları və 1 ç.q. duzu əlavə etmək lazımdır. Yaxşıca
qarışdırıb, qazanın qapağını kip bağlayıb orta istilikdə 1 saat bişirmək
lazımdır.

Yaşıl
boya əldə etmək üçün də 5 stəkan su ilə dolu geniş qazana doğranmış
ispanaqları və 1 ç.q. duzu əlavə edib 1 saat yaxşıca bişirilir.



Daha
sonra alınan boyalı suları başqa kasalara süzün. Tərəvəzləri tullayın.
Sonra kasalardakı sulu boyaları yenidən qazanlara sayaraq tökün. Hər
boyalı qazana da 3 ç.q. ağ üzüm sirkəsi əlavə edin. 30 dəqiqə boyaların
soyumasını gözləyin. 

Sonra
bir parça dəsmal və salfetlə yumurtaların hamsının qabıqlarına sirkə
çəkin. Yumurtaların üzərində bəzəkli formalar olsun deyə keşniş, nanə
yarpaqlarından hansını istəsəniz yumurtanın üzərinə qoyun, sonra bitki
yağından həmin qoyduğunuz yarpaqların üzərinə çəkin. Hazır yumurtaları
əvvəlcədən kəsilmiş corab hissəsələrinin içərisinə yerləşdirin. Əlinizlə
bitki əzilərsə düzəldin. Sonra corabların baş hissələrini bağlayın ki,
yumurta içindən çıxmasın. Bu prosesi bütün yumurtalarda təkrar edin. 



Bu
proses bitdikdən sonra hər boya qazanına 3 ədəd yumurta qoyun və diqqət
edin ki, sulu boya yumurtaların hər tərəfini əhatə etsin. 10 dəqiqə
orta istilikdə bişirin və 15 dəqiqə soyuduqdan sonra yumurtaları boyadan
çıxarın. Çuğundur boyasından başqa digər tərəvəzlərlə
boyanmış yumurtaları bir gecə saxlayın ki, boyalar tam tutsun.
Çuğundurla boyanmış yumurtanı isə 1 saat buzxanada saxlamaq lazımdır.
Onların daha parlaq və tünd çəhrayı olmasını istəsəniz bir gecə də,
digər yumurtalarla saxlaya bilərsiniz. Qeyd edək ki, əgər səhər tezdən
yumurtalarınızı boyayacaqsınızsa 6 və ya 8 saat sonra onların tam
boyanmasını yoxlaya bilərsiniz. 



Yumurtaları
corablardan çıxardın, ehtiyyatla göyərti yarpaqlarını götürün və quru
bezin üzərində 1 saat qurumağa qoyun. Quruduqdan sonra yumurtaları
xonçaya qoyarkən onların daha parlaq və tünd rəngli olması üçün
üstlərinə nazik qat salfetlə bitki yağı çəkin.



Qeyd: Bu yumurtaları soyuducuda saxlamaq olmaz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!