Dişlərin möhkəm və sağlam olması üçün bunlara diqqət edin

Dişlərin möhkəm və sağlam olması üçün bunlara diqqət edin
Faydalı məsləhətlər
10.09.2017 8
Diş
çürükləri dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən
zədələnməsi ilə də yaranır. Ağız boşluğunun mikroblarla çirklənməsi,
ağız suyunun azalması və tərkibinin dəyişməsi diş sümük toxumasının
möhkəmliyinin azalması da bu prosesə təsir edir. 



Yeyilən
qidalarla əlaqədar ağız boşluğunda turşu tarazlığının istilik
səviyyəsində dəyişikliklər yarana bilər. Dondurma və ya isti çay
içənlərdə 0 ilə 70 dərəcə arasındakı istilik fərqləri nəzərə
alınmalıdır. 



Onu da qeyd etmək lazımdır ki, bunların üzərinə 200-ə çatan çeynəmə qüvvəsi əlavə edilir. 



Bu cür proseslərdə yaranan diş ərpi isə diş emalını və təbəqəsini dağıdaraq kariyesin əmələ gəlməsinə səbəb olur. 



Kariyesin
səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida
qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə
xüsusi antimikrob zülal vardır). 



Diş
minasının möhkəm olması mikrobların dişlərə olan mənfi təsirinə mane
olaraq kariyesin də əmələ gəlməsinin qarşısını alır. Diş minasının
möhkəmliyi irsi faktorlardan asılıdır. Bundan başqa, dişlərin möhkəmliyi
uşaqlıq dövründən etibarən qəbul etdiyi qidaların keyfiyyətindən, az və
ya çox xəstələnməsindən də asılıdır. Yuxarı yaşlı uşaqlarda kəskin və
xroniki xəstəliklərin olması, bədəndə baş verən hormonal dəyişikliklər,
müxtəlif qan xəstəlikləri az bir zaman ərzində 10-dan artıq dişdə
kariyesin əmələ gəlməsinə səbəb ola bilər. 



Bundan əlavə çoxsaylı dişlərdə kariyesin inkişaf etməsi bədəndə kalsium mübadiləsinin pozulmasını da göstərir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!