Yaddaşı qorumaq və İQ-nü artırmağın sadə yolları

Yaddaşı qorumaq və İQ-nü artırmağın sadə yolları
Faydalı məsləhətlər
10.09.2017 15
Gərgin
iş tempi, stres, gündəlik həyatın monotonluğundan icra edilməsi vacib
olan bəzi şeyləri unuduruq. Hətta bəzən bu vəziyyət ən yüksək həddə
çatır.



Unutqanlığın qarşısını almaq üçün nələr etmək lazımdır?



Son
illərdə "Bu aralar tez-tez unuduram” ya da "unutmuşam” sözləri ilə daha
çox qarşılaşırıq. Xüsusilə də, gərgin və stresli həyat tərzi olanlar və
bir neçə işi bir arada görməyə çalışanlar gün ərzində bir çox şeyi
unudur. Ancaq işləri nizamlı şəkildə yerinə yetirmək və gələcəkdə
demensiya(ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin,
həyat keyfiyyətlərinin dərəcədə itirilməsi) kimi ciddi xəstəliklərlə
üzləşməmək üçün yaddaşı gücləndirmək lazımdır.

Siqaret
çəkmək ağciyər, ürək-damar xəstəlikləri ilə yanaşı yaddaş zəifliyi və
ümumi idrak bacarıqlarında azalmaya səbəb olur. Əgər qidalanma azalırsa,
beyin gücü də azalır. Ona görə də sağlam qidalanmaq vacibdir. Nizamlı
olaraq idman etmək sağlam həyat tərzinin bir parçasıdır. Bunun səbəbi
idman edərkən beyinə gedən oksigen miqdarının artması və yeni beyin
hücrələrinin yaranmasıdır.



Klassik musiqi dinləyin.

Araşdırmalar
klassik musiqi dinləyən 6-8 yaş arası uşaqların İQ-sünün yaşıdlarına
görə 2-3 bal artdığını göstərir. Bundan əlavə, mütəmadi olaraq klassik
musiqi dinləyən insanlar digər növ musiqi dinləyən insanlara nisbətən
yaddaş testlərində daha uğurlu nəticə göstərir. Beyini inkişaf etdirmək
üçün beyini işlətmək lazımdır. Məsələn: sosial həyatdan uzaqlaşmamaq,
krasvord həll etmək, şahmat oynamaq və kitab oxumaq kimi amillər beyini
işlətməyə yardım edir. Həmçinin yeni bir dil öyrənmək və ya yeni bir
hobbi də faydalı ola bilər. Lakin mühüm olan bütün bunları davamlı
olaraq etməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!