Ürəyi qoruyan vitamin

Ürəyi qoruyan vitamin
Faydalı məsləhətlər
10.09.2017 5
Hamıya
məlumdur ki, idmanla məşğul olmaq sağlamlığın əsas şərtidir. Ancaq
idmana vaxt ayıra bilməyənlər kifayət qədərdir. Təəssüf ki, belələri
kökəlməyə meyilli olur və ürək xəstəliklərinə yaxalanırlar. 



Ancaq
Kolorado Universitetinin elm adamlarının araşdırmaları belələrinin də
ürək xəstəliklərindən qorunmalarının mümkün olduğunu göstərib. Belə ki,
alimlər mütəmadi olaraq qəbul edilən C vitamininin ürək üçün elə idman
etmək qədər yararlı olduğunu müəyyənləşdiriblər. Onların qənaətinə görə,
orqanizmin gündəlik C vitamini ehtiyacı təmin edilərsə, ürək
xəstəliklərinə yaxalanma riski də azalar. Hətta C vitaminindən həb
şəklində istifadə edən kök insanların vəziyyəti qısa zamanda yaxşılaşır.
Belə ki, damarlardakı daralma aradan qalxır, qan dövranı sürətlənir. 



Kolorado
Universitetinin professorları araşdırmada iştirak edən 35 kök xəstəyə 3
ay boyunca gündə 500 milliqram C vitamini verib və nəticədə damar
daralması probleminin aradan qalxdığını müşahidə ediblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!