Unitazda çox oturmağın ziyanı

Unitazda çox oturmağın ziyanı
Faydalı məsləhətlər
10.09.2017 9
Defekasiya zamanı insanın unitazda tutduğu poza qeyri-­tәbiidir vә
defekasiya aktını çәtinlәşdirir. Fizioloji, normal defekasiyanı tәmin edәn poza çömәlәrәk oturmaq sayılır. Mәhz bu pozada bağırsaq asan vә tam boşalır. Bu sәbәbdәn (xüsusilә qәbizlikdәn әziyyәt çәkәnlәrә) defekasiya zamanı ayaqların altına kiçik skamya qoymağı vә mümkün qәdәr qabağa әyilmәyi tövsiyә edirik. Bu

vәziyyәtdә olan insanda duz bağırsağı әhatә edәn әzәlә boşalır vә defekasiya aktına mane olmur. Yalnız bu sadә mәslәhәt qәbizlikdәn xilas olunmağa kömәk edә bilәr. Bәzi insanlarda unitazda uzun müddәt oturmaq vәrdişi var. Bu çox ziyanlı vәrdişdir. Defekasiya zamanı düz bağırsağın damarlarında qan dövranı sürәtlәnir, damarlar enlәnir. İnsan daim lazım olandan artıq unitazda oturursa, bu onda babasil, tromboz, divertikulyoz kimi xәstәliklәrinin riskini artırır. İnsanda bu xәstәliklәr artıq varsa, bu daha da tәhlükәlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!