Göz gimnastikası - görmənin yaxşılaşması üçün 7 hərəkət

Göz gimnastikası - görmənin yaxşılaşması üçün 7 hərəkət
Faydalı məsləhətlər
10.09.2017 36
Eynək və ya kontakt linzalarla artıq kimsəni təəccübləndirmək mümkün deyil. 

Əksinə,
100%-lik görmə qabiliyyətinə malik insanlar demək olar ki istisna
halına gəlməyə başlayır. Alimlər görmənin bərpası üzrə yeni metodlar
axtarırlar. Lakin gözlər üçün gimnastika adlanan bəzi məşq hərəkətləri
var ki, onların köməyilə görmənin yaxşılaşdırılmasına nail olmaq olaq.
Hər ofis işçisinin bilməli olduğu bu məşqləri nəinki evdə, iş yerində də
etmək mümkündür. 

Beləliklə, görmə qabiliyyətinin korreksiyası və dəstəklənməsi üçün 7 effektiv məşq hərəkəti: 

1-ci məşq. Kəpənək
1-2
dəqiqə ərzində yüngül və tez-tez gözlərinizi qırpın. Kirpiklərin
sürətli hərəkəti kəpənəyin çırpınması, cırcıramanın və ya arının
uçmasına bənzəməlidir. Bu effektiv hərəkət qan dövranını yaxşılaşdırır
və göz əzələlərini rahatladır. 

2-ci məşq. Şüşədə nöqtə
Plastilindən
kiçik bir top düzəldin və onu şüşəyə yapışdırın. Hər hansı güc sərf
etmədən topun aydın göründüyü məsafəyə çəkilin. Pəncərədən kənarda uzaq
bir obyekt seçin, bir neçə saniyə uzağa baxın, sonra nəzərinizi şüşəyə
yapışdırdığınız topa yönəldin. Müntəzəm olaraq bu hərəkəti etsəniz,
uzaqdakı obyekt dumanlı deyil, daha aydın görünməyə başlayacaq ki, bu da
görmənin yaxşılaşmasını ifadə edir. 

3-cü məşq. Gözbağlama
Düz
əyləşin və maksimal dərəcədə rahatlamağa çalışın (əsas olan iş yerində
yuxuya getməyin). Gözlərinizi 5-10 saniyəlik möhkəm bağlayın, sonra
geniş açın. Bu hərəkəti 8-10 dəfə təkrar edin. Belə məşq gözüstü (göz
qapaqları) əzələləri gücləndirir, qan dövranının yaxşılaşdırır, göz
əzələlərinin rahatlamasını təmin edir. 

4-cü məşq. Masaj
Münasib
mövqe seçin. Hər əlin üç barmağı ilə 1-2 saniyə ərzində yuxarı göz
qapaqlarına yüngül təzyiq edin. Bu hərəkəti 3-5 dəfə təkrar edin. Belə
masaj gözdaxili mayenin sirkulyasiyasını (dövranını) yaxşılaşdırır. 

5-ci məşq. Hidromasaj
Səhər
və axşam su prosedurları üçün vaxt ayırın. Səhər gözlərinizi əvvəl çox
isti su ilə (maksimal dərəcədə rahat), sonra isə soyuq su ilə yuyun.
Yuxudan əvvəl presuduru əks formada edin: gözləri əvvəl soyuq, sonra
isti su ilə yuyun. 

6-cı məşq. Palminq
Əgər
gözlərinizin yorulduğunu hiss edirsinizsə, onları bir neçə dəqiqəlik
qapayın və xoş nəyisə xəyal etməyə çalışın. Həmçinin gözlər üçün palminq
də gözlərdəki gərginliyi aradan qaldırmağa kömək edir. Bunun üçün bir
neçə saniyə ərzində ovuclarınızı bir-birinə sürtün və isti ovuclarınızla
gözlərinizi örtün. Hər iki əlin barmaqlarının alnın ortasında
çarpazlaşmasına diqqət edin. Bu məşqin effekti dərhal özünü göstərir. 

7-ci məşq. Gözlərlə atəşaçma (başı düz tutun)
• maksimal dərəcədə yuxarı baxın (tavana və ya səmaya, göyə), sonra maksimal dərəcədə yerə (ayaqlarınızın altına) baxın; 

• gözlərinizlə yavaş sürətlə saat əqrəbi istiqamətində və əksinə dairə çəkin; 

• gözlərinizlə diaqonallar çəkin (baxışlarınızı maksimal dərəcədə yanlara yönləndirməklə); 

• maksimal dərəcədə böyük amplituda ilə gözlərinizlə kvadrat çəkin; 

• qövs boyunca kvadrat çəkin (maksimal dərəcədə qabarıq və çökək); 

• baxışlarınızla böyük romb çəkin; 

• sonra maksimal dərəcədə böyük bantlar çəkin; 

• S hərfini çəkin (şaquli və üfüqi vəziyyətdə); 

• gözlərinizlə şaquli qövslər çəkin (saat əqrəbi istiqaməətində və əksinə); 

• baxışlarınızı xəyali kvadrat diaqonalları üzərində bir küncdən digərinə yönləndirin; 

• baxışlarınızı burnunuzun ucunda cəmləşdirin (bu, barmağı buruna yaxınlaşdırdıqda daha yaxşı alınır); 


1-ci məşqdəki kimi, tez-tez göz qapaqlarınızı qırpın (açıb-yumun). Bu,
etdiyiniz bu tip kiçik məşqdən sonra göz əzələlərini maksimal dərəcədə
rahatlatmağa yardım edir. 

Əgər
kompyuter arxasında işləyirsinizsə, bu məşqlər kompleksi sizə nəinki
gözlərinizdəki yorğunluğu aradan qaldırmağa, həmçinin görmə
qabiliyyətini də korrektə etməyə (düzəltməyə) kömək edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!