Bu sadə üsullarla varikozun qarşısını alın

Bu sadə üsullarla varikozun qarşısını alın
Faydalı məsləhətlər
10.09.2017 32
Varikoz Damar Cərrahı Müzəffər Bahçivan dar geyimlərin bədəni sıxaraq varikoza təkan verdiyini deyib. 

Həkim
bunu ayaqları sıxan dar geyimlərin qan dövranını zəiflətməsi ilə izah
edib. Bədəni çox sıxan paltarlar isə qol altında tərləməyə səbəb olmaqla
müxtəlif infeksiyalara yol açır. 
O,
\"Dar geyimlərin bədəndəki qan dövranını pozaraq ayaqlarda varikoz
artımına yol açdığını bildirib. Lakin çoxları dar paltarların həddindən
artıq tərlədərək göbələk və başqa infeksion xəstəliklərə yol aça
biləcəyini bilmir. Ona görə də dar paltarlarda uzun müddət qalmağı
tövsiyə etmirəm”. 

Varikozdan
əziyyət çəkənlərin dərman müalicəsi ilə yanaşı, müxtəlif cərrahi
üsullarla bu problemdən xilas olmasının mümkünlüyünü deyən cərrah deyib:
"Ümumiyyətlə, varikozun müalicəsi damarların formasından asılı olaraq,
dəyişir. İri damar genişlənməsi varsa, lazer əməliyyatı, xırda damarlar
"skleroterapiya” adlandırılan xüsusi iynə üsulu ilə aradan qaldırılır”. 
Həkim
həmçinin onu da bildirib ki, varikoz daha çox uzun müddət ayaq üstdə
dayanan insanlarda və hamilə qadınlarda müşahidə olunur. 

Müzəffər
Bahçivan varikozun qarşısını alan asan üsullardan da danışıb: "Varikoz
corablar damarlara təzyiq göstərərək qanın ürəyə doğru hərəkətinə kömək
edir. Əgər xəstələrin ciddi problemləri varsa, şişi azaldan dərmanlar
təklif edirik. Hər axşam, ya da gün ərzində xəstə, vaxt olanda
ayaqlarını yuxarı qaldıraraq şikayətlərini azalda bilər. Hərəkətsiz
qalmaq, ya da ayaq üstündə durmaq bu şikayətlərin artmasına səbəb olur.
Bunun üçün hər gün piyada yeriyərək əzələləri işlətmək varikozun mənfi
təsirlərini minimuma endirər\". 

Soyuq su masajının da varikozun təsirini azaltdığını deyən həkim xəstələrinə dikdabanda gəzməməklə bağlı xəbərdarlıq edib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!