Duz siqaret qədər təhlükəli ola bilər

Duz siqaret qədər təhlükəli ola bilər
Faydalı məsləhətlər
10.09.2017 12
Restoranlarda
yediyimiz ya da supermarketlərdən aldığımız hazır yeməklərdə olduqca
çox miqdarda duzdan istifadə edilir. Dünyanın hər tərəfində hər kəsin
ehtiyacı olduğundan çox duz qəbul etdiyi, bunun da yüksək təzyiq və ürək
xəstəliklərinə səbəb olduğuna aid çox sayda sübut mövcuddur.
Mütəxəssislər ən azı tütün istifadəsi qədər təhlükəli qlobal sağlamlıq
krizisiylə qarşı-qarşı olduğumuz mövzusunda xəbərdarlıq edirlər.

Mətbəxinizdəki
duzqabı öldürücü bir silah kimi görünməsə də, mütəxəssislər duzun artıq
istifadəsinin ölümə də səbəb ola biləcəyini qeyd edirlər. Həkim Stephen Havas tükətdiyimiz duz miqdarını azaltmağın vaxtının çoxdan gəldiyini deyir: "Artıq hansısa bir nöqtədən başlamaq lazımdır. Bir çox insan həddindən artıq duz tükətdiyi üçün əlil qalır, hətta ölür.”

Dünya
Səhiyyə Təşkilatına əsasən, ürək-damar xəstəlikləri dünyanın bir
nömrəli öldürücü xəstəliyidir. 2004-cü ildə 17 milyon insan
ürəktutmasından, yüksək təzyiq və periferik damar xəstəliklərindən vəfat
etmişdir. Təşkilat 2030-cu ildə bu sayın 23 milyona qədər qalxa
biləcəyini bildirir. Bunun səbəbi kimi isə, ifrat tütün tükədilməsi,
oturaq həyat, qeyri-sağlam qidalanma göstərilir. Qeyri-sağlam bəslənmə
dedikdə isə, ifrat duzlu hazır yeməklərdən istifadə nəzərdə tutulur.

Duz
qidada istifadəsi etibarlı olan bir əlavə hesab edilir. Lakin hansımız
nə qədər duz tükətdiyimizi hesablamışıq? Bir çay qaşığı duz 2400 milliqrama bərabərdir.
Lakin qida, sənaye və tibb sahəsindən olan mütəxəssislər bir çoxlarının
gündə 4 min milliqramdan artıq duz tükətdiyini deyir.

Amerika
Ürək Xəstəlikləri Dərnəyi və digər tibb təşkilatları gündəlik duz
miqdarının 500 milliqramı keçməməsini tövsiyə edir. Doktor Havas’a görə,
ehtiyacımız olan duz miqdarı 150 milliqramdır: "150 və 4 min milliqram
arasında çox böyük fərq var.”



Havas
duz miqdarının azaldılması mövzusunda illərdir edilən xəbərdarlıqların
işə yaramadığını deyir. Qida etiketlərində göstərilən məlumatların bir
çoxları üçün çətin anlaşılan olduğunu deyən həkim, hökümətin meydana
daxil olmasını, qida sənayesində istifadə olan duz miqdarına
məhdudiyyətlər qoyulmasını təklif edir: "Heç kim vərdişlərini
dəyişdirmək istəmir. Qida və içki sektoru da bu işdə əlbirdir. Qidalar
çox duzlu olduğu üçün, insanlar daha çox içki içir və bu da satışı
artırır. Qida sənayesinin nəhəngləri daha çox duzlu qida yediyinizdə,
daha çox içki içəcəyinizi əla bilir.”скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!