İmtahanda uğur qazanmağın sirləri

İmtahanda uğur qazanmağın sirləri
Faydalı məsləhətlər
10.09.2017 39
İmtahanda
uğur qazanmaq üçün doğru qidalanmaq lazımdır. Çünki sağlam qidalanmayan
insanın beyni effektiv fəaliyyət göstərə bilməz.
  
1.
Yeni dadlar kəşf etmək üçün yaxşı vaxt deyil. Bu günə qədər dadını
bilmədiyiniz qidalardan uzaq durun. Çünki belə qidalar allergiya və ya
başqa reaksiyalar meydana gətirə bilər.
 
2.
Bir müddət mədə və bağırsaq sistemində qaz toplanmasına səbəb olan
brokkoli, gül kələmi, noxud, quru lobya kimi qidalardan vaz keçin.
 
3. Həddən artıq duzlu və ya şəkərli qidalar yeməyin.
 
4.
Fiziki və zehni baxımdan güclü olmaq üçün səhər yeməyi yeyin.
Araşdırmalar səhər yeməyi yedikdən sonra imtahana girən uşaqların daha
uğurlu nəticələr əldə etdiklərini göstərir. Səhər yeməyində pendir,
yumurta, pomidor, xiyar yeyilməlidir.
 
5. İmtahandan öncəki həftə bol miqdarda balıq yeyilməli və ya balıq yağı qəbul edilməlidir.
 
6. Kişmiş, qoz və qurudulmuş əncir diqqəti cəmləşdirməyə kömək edir.
 
7. Az miqdarda tünd şokolad yeyilə bilər. Bu imtahan stressini azaldacaq.
 
8. İmtahandan əvvəlki gecə meyvə yeməyin. Süd içmək və badam yemək məsləhətdir.
 
9. İmtahandan öncə həddən artıq su və çay içməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!