Gözlər qəlbin aynasıdır - Gözlər nə vaxt yorulur və yorğunluğu...

Gözlər qəlbin aynasıdır - Gözlər nə vaxt yorulur və yorğunluğu...
Faydalı məsləhətlər
10.09.2017 15
Gün
ərzində gərgin iş rejimindən sonra bütün orqanizmimiz kimi, gözlərimiz
də yorulur. Bu yorğunluq özünü müxtəlif formalarda – qaralmalar, torba,
şişkinlik, qızartılar – halında göstərir. Yaranan bu problemləri aradan
qaldırmaq üçün də, müxtəlif vasitələri sınayırıq. Amma bu dəfə sizin
üçün gözlərin nə zaman yorulması və onu necə aradan qaldırmaq haqqında
kiçik araşdırma etdik. Gözlərinizin nə zaman yorulması, nədən yorulması
və bu problemi düzgün şəkildə necə aradan qaldırmalısınız yönündə
faydalanmaq istəsəniz yazının davamına göz atın. 

Əgər gözləriniz yorğunluqdan qaralıbsa birinci bu qaralmanın növünü müəyyən edin

Gözlərinizin
daxili küncündən baş barmağınızla orbital şəkildə hərəkət edin.
Barmağınızı çəkəndə qaraltı olan hissədə dərinizin rəngində sarıya doğru
rəng dəyişikliyi olarsa, deməli, bu problemi asanlıqla həll etmək
mümkündür. Yox, əgər barmağınızı çəkdikdə qaraltı olan hissədə dərinizin
rəngi daha da tündləşərsə, bu qaraltı təkcə yorğunluqla deyil, həm də,
genetik bir faktorla əlaqəli ola bilər. Belə olduqda bu qaraltıları
aradan qaldırmaq üçün xüsusi maskalardan istifadə etmək əvəzinə, asan
yola qaçıb gözaltı korrektorlarla gizlətməyə çalışırıq. İlk növbədə tünd
rəngli (qara, göy, tünd bənövşəyi) tenlərinizi bir kənara qoyun. Göz
altında tünd dairələri azaltmaq üçün gözlər üçün mikro dövran təbliğ
 edən  alətlərdən istifadə edin.



Gözlərimin altında şişkinlik var

Bu
həssas bölgənin ehtiyaclarını qarşılamaq üçün makiyajınızı silərkən
gözaltı makiyajınızı xüsusi vasitələrlə silməyə diqqət edin. Vaxtından
əvvəl qırışların qarşısını almaq üçün gözaltı dərinizi yükləməyin.
Gözaltı makitajınızı yağlı vasitələrlə silməyin. Bu vasitələr şişkinliyi
aradan qaldırmaq əvəzinə, onu daha da artıracaq. 

Gözaltına
qulluq etdikdən sonra gözaltındakı orbital sümüyü əlinizlə incə şəkildə
basın, bir neçə saniyə barmaqlarınızı belə saxlayın. Bu hərəkət
şişkinliyi azaltmağa sizə kömək edəcək.

Faydalı vərdiş

Gərginliyi azaltmaq və gözünüzə parlaqlıq vermək üçün mütəmadi olaraq göz üçün olan gimnastikaları etməkdə fayda var.

1.
Gözlərinizi bağlayın. Göz qapaqlarınızın üzərinə şəhadət, orta və adsız
barmaqlarınızı qoyun. Birinci saat əqrəbi istiqamətində, daha sonra isə
saat əqrəbinin əksinə dairəvi hərəkətlər edin. Bu, gözlərinizi
rahatladacaq və göz ətrafındakı dərinizdə qan dövranını stimullaşdırmaq
üçün sizə imkan verəcək.

2.
Ovucunuzu gözlərinizin üzərinə qoyun. Əvvəlcə saat əqrəbi istiqamətinə,
daha sonra isə saat əqrəbinin əksinə dairəvi hərəkətlər edin.

3. 3 barmağınızın ucu ilə göz qapaqlarınızı yavaşca dairəvi hərəkətlərlə masaj edin. Bu gözlərinizin stressini azaldacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!