Su girdi qaba, oldu içməli

Su girdi qaba, oldu içməli
Faydalı məsləhətlər
10.09.2017 22
Gün
ərzində orqanizmdə lazım olan maye çatışmazsa ölə bilərik. Havalar
soyuyur, qış gəlir deyib daha az maye qəbul etməyin. Orqanizmdə maye
çatışmamazlığı zamanı ürəkbulanma baş verir, üzün rəngi dəyişir,
hüceyrələr məhv olur. Əvvəlki yazımızda gün ərzində nə qədər maye qəbul
edilməlidir haqda yazmışdıq. 



1% - orqanizmdə 1% maye çatışmayanda su içmək istəyirik.

2% -
bu miqdarda susuzluq halı baş verdikdə narahatlıq hiss edə, iştahanız
küsə və iş qabiliyyətinizi 20% itirə bilərsiniz. Ağızda quruluq yaranır,
nəfəsdən xoşagəlməz qoxu gəlir.

4% -
maye çatışmazlığında ürəkdə bulanma olur, baş gicəllənir, emosional
pozğunluq halları baş verir. Bu zaman insan özünü fiziki olaraq
həddindən artıq yorğun hiss edə bilir. Susuzludan əziyyət çəksəniz də,
demək olar ki, su içmək istəmirsiniz bu zaman. 

6% -
susuzluq halında sifətin rəngi dəyişərək pis görünür, başınız fırlana
bilir. Bu zaman aqressivləşmə baş verir və əlaqəsiz danışmağa
başlayırsınız.

10% - maye çatışmazlığı olanda digər əlaməntlərlə yanaşı bədən istiliyinin requlyasiyası pozulur, hüceyrələr məhv olmağa başlayır. 

11% -
susuzluqda təcili şəkildə su içmək yetmir. Ona görə ki, artıq
orqanizmdə kimyəvi balans dəyişikliyə məruz qalıb. Bunu da bərpa etmək
üçün mütləq həkimə görünmək lazımdır.

20% -
maye çatışmayanda bu hal sizə ölümlə üz-üzəsiniz siqnalını
ötürür. Susuzluqla mübarizə aparmaq üçün gün ərzində çəkinizə görə nə
qədər maye qəbul etməlisinizsə onu düzgün şəkildə qəbul edin. Bu zaman
daha sağlam ola və ömrünüzü uzada bilərsiniz.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!