Çəkiyə görə gündə nə qədər su içmək lazımdır?

Çəkiyə görə gündə nə qədər su içmək lazımdır?
Faydalı məsləhətlər
10.09.2017 24
Sağlamlığınız
üçün hər gün mütləq su içmək lazım olduğunu bilirsiniz. İçməli
olduğunuz suyun miqdarı isə çəkinizlə mütanasibdir. Çəkinizə görə gündə
içəcəyiniz su miqdarı haqqında  sizə məlumat veririk.
Bəzi
insanların etdiyi ən böyük səhv su əvəzinə digər içəcəkləri
içmələridir. Sağlam metabolizma üçün hər gün müəyən miqdarda su içmək
lazımdır. İçəcəyiniz suyun miqdarı isə çəkinizə görə dəyişir. Günlük
içəcəyiniz suyun miqdarını  bilmirsinizsə aşağıdakı cədvəl sizə kömək
edə bilər:
Çəkiyə görə günlük su ehtiyacı

Çəki            Gündəlik su ehtiyacı (ml)
36 -             1,182
45 -             1,478  
54 -             1,774  
63 -             2,070  
72 -             2,365  
81 -             2,661  
90 -             2,957  
99 -             3,253  
108 -           3,548  
117 -           3,844 
127 -            4,140 
136 -            4,436 
145 -            4,731
Əgər
gündəlik içəcəyiniz suyun miqadarı qədər su və ya sadə su içmək
istəmirsinizsə, o zaman içdiyiniz suyun içərisinə bir limon dilimi və ya
istənilən meyvəni atıb içə bilərsiniz. Bu həm görünüşü gözəlləşdirəcək,
həm də suyu canlandıracaq. Mütəxəssizlərin rəyinə görə adicə bir yaşıl,
təravətli yarpaq belə içdiyimiz suyu canlandıra bilir. Çalışın
içdiyiniz suya da diqqət edin. Qaynadılmış və ya süzülmüş su içməyin.
Gecədən dondurucuda dondurulmuş suyu səhər tezdən qoyun donu açılsın.
Don açılan zaman görəcəksiniz ki, suyun dibində nə qədər lazımsız
maddələr yığışıb. Suyun təmiz hissəsini ayrıca qaba alıb, gün ərzində
onu için. Bu daha faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!