İlk görüşdə bu 5 yemək menyunda olmamalıdır

İlk görüşdə bu 5 yemək menyunda olmamalıdır
Faydalı məsləhətlər
10.09.2017 16
Yeməklər
bəzən ac mədəmizi "sevindirir”, bəzən həzz verir bizə, bəzən isə heç də
xoş təəssürat yaratmır. Belə ki, müəyyən müddət yazışdığın biri ilə ilk
dəfə görüşürsən və görüşdə bol souslu yemək yeyirsən, ağzın
"qulaqlar”ına qədər bulaşır. Elə bu anda sevgili namizədinlə
ulduzlarınız barışmamış "sönür”.

Qadınlar diqqət! Xüsusi tərkibli salatlar olmaz
Sezar
kimi bir çox xüsusi souslu salatlar dadlı ola bilər amma onların sousu
ağzından axaraq səni pis vəziyyətdə qoya bilər. Salatın tərkibindəki
göyərti, ədviyyatlar dişlərinin arasında da qalacaq və bu hal gülüşünə
kölgə salacaq. Eyni zamanda da Sezar salatının tərkibindəki kahıları
yemək istəsən yarpaqlarının böyük olmasına görə ağızda zərif görüntü
yaratmayacaq. 

Simit – gedənin arxasından təkbaşına yeyə bilərsən
Səhər
görüşəcəksinizsə simit, pendir və armudu stəkanda çay əla seçimdir.
Amma bu seçim sevgili namizədi ilə işləməz. Çünki simitin susamları
dişlərin arasında qalır. Bu da simiti gedənin arxasından baxıb
yeməyimizə bəs edəcək səbəbdir. Çünki kişilər təmizliyə də gözəllik
qədər fikir verirlər. Və onları dişin arasında susamın niyə qalması yox
nəticəsi – yəni onun orda xoş görüntü yaratmaması maraqlandırır. Buna
görə də ilk görüşə səhər vaxtı gedən qızlar, qətiyyən simitə barmaq
uclarınızı belə toxundurmayın.

Düşmənə belə məsləhət görülməyən Spagetti
Spagetti
qədər dadlı, doyurucu yemək olmadığını düşünə bilərsən. Hətta düşünə
bilərsən ki, italiyanların ən dadlı kəşfi olan bu yeməyi düşmənə
məsləhət görüncə elə özüm yeyərəm də. Düzdür, yeyə bilərsən. Amma
təklikdə ya da rəfiqələrinlə. İlk görüşdə qətiyyən menyu
seçimini spagettidən yana istifadə etmə. Çünki üfləyərək yeyilməsi bir
dərddir, çəngələ dolanması bir dərd. Bir də çəngəldən sallanan
spagettilərdən yağ axır və ağıza bulaşırsa, sonra da ilk
görüşün həyəcanı buna əlavə olunur. Nəticədə də isə xoş olmayan görüntü
ortaya çıxacaq. Bu da yaddaşda qalacaq. 

Atışdırmalıq qidanı hamburger olaraq yemə
Sevgili
namizədinin yanında az yeyən kimi görünüb, "görməmiş” təsiri
bağışlamamaq üçün atışdırmalıq qidalardan yana seçim edə bilərsən. Amma
bu bol souslu, ağıza güclər yerləşən hamburger olmamalıdır. Çünki ilk
görüşün romantikasını tez-bzara yeyiləcək sousu axan hamburger poza
bilər. 

Simiclik edib dönər yemə
İlk
görüşdə çox pul xərcləməyə ehtiyac yoxdur. Amma bu gedib dönər yemək
anlamına gəlmir. Dönər yemək elə ilk görüşdə yolların ayrılması
deməkdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!