Bilirsinizmi ağzi açıq yatmaq dişləri çürüdür

Bilirsinizmi ağzi açıq yatmaq dişləri çürüdür
Faydalı məsləhətlər
10.09.2017 30
Yeni Zelandiyada aparılan araşdırmalar nəticəsində məlum olub ki, ağzı açıq yatmaq diş çürüməsinə gətirib çıxarır.
 
Araşdırma
rəhbəri Joanni Çoin bildirib ki, yatarkən ağızdan nəfəs almaq turşu
miqdarını artırır və  beləcə diş sağlamlığına mənfi təsir edir. Ağız
boşluğunda quruluğun dişlərə mənfi təsiri olduğunu anlamaq üçün əvvəlcə
tüpürcək ifrazına diqqət yetirmək lazımdır.
 
Tüpürcək dişlərin təmiz qalmasını təmin edir
Türkiyəli
diş həkimi Pertəv Kökdəmir yatarkən ağızdan nəfəs almağın diş
sağlamlığına təsiri barədə açıqlama verib. O bildirib ki, tüpürcək ağzı
nəmli saxlayır, qidanın parçalanmasına və rahat udulmasına kömək edir,
eyni zamanda əhəmiyyətli bir ağız təmizləmə vasitəsidir: "Tüpürcək
dişlərin və dilin təmiz qalmasını təmin edir. Ancaq bu vəzifələrdən
başqa bir xüsusiyyəti var. Dişlərimizin sərt maddəsi hidroksiapatit
kristalından ibarətdir. Duz kristalları suyun özünəməxsus xüsusiyyətləri sayəsində həll
olunur. Əgər tüpürcək olmasaydı, diş minası çürüməyə məruz qalacaqdı.
Çünki seliyin içərisindəki ionlar kristal boşluqları dolduraraq mina
qatının aşınmasının qarşısını alır".
 
Turşuların yığılması diş daşına səbəb olur
 
Ağzı
açıq yatmağın digər mənfi cəhəti isə ağızda turşu miqdarını
artırmasıdır. Bunun da nəticəsində diş daşlarının yaranması sürətlənir.
Beləcə mina təbəqəsi də zəifləyir.
 
Ağız quruluğunun qarşısını alan  6 üsul
 
Bəs ağız quruluğunun qarşısını almaq üçün necə tədbirlər görməliyik? Diş həkimi Pertev Kökdəmir bu suala belə cavab verib:
 
Gün ərzində və ya gecə bol su istehlak etmək;
Kofein və spirtli içkilərdən uzaq durmaq;
Şəkərsiz saqqız çeynəmək;
Həkiminizin tövsiyə etdiyi süni tüpürcək həblərindən istifadə etmək;
Gündə 2 dəfə ftorlu diş məcunu ilə dişləri yumaq;
Qıcqırmış  karbohidrat tərkibli qidaları azaltmaq:
Ümumiyyətlə, dişlərə düzgün qulluq hər cür riski azaldır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!