Soyuq yoxsa isti su içmək daha faydalıdır?

Soyuq yoxsa isti su içmək daha faydalıdır?
Faydalı məsləhətlər
10.09.2017 45
Orqanizmimizin
düzgün işləməsi üçün hər gün müəyyən miqdarda su içməli olduğumuz hər
kəsə məlumdur. Amma bir fikir həmişə insanları maraqlandırır ki,
içdiyimiz su soyuq yoxsa isti olmalıdır? Suyun necə içilməsi barədə bir
çox fikirlər mövcuddur. Əsasən də, pəhrizdə olanları bu məsələ daha çox
maraqlandırır. Biz də, sizə kömək və faydalı olacağını düşünüb sizin
üçün bu barədə kiçik araşdırma etdik.

Soyuq
suyun daha çox kalori yandırdığı kimi fikirlər də var. Bu fikrə görə,
bədənimiz soyuq suyu öz istiliyinə (37 dərəcə) gətirmək üçün enerji
xərcləyir və bu da daha çox kalori itirilməsi anlamına gəlir. Amma bir
araşdırmanın nəticəsinə görə, soyuq su içənlərlə isti su içənlər
arasında kalori itirmək baxımından elə də çox fərq yoxdur. Bəs içdiyimiz
suyun hansı istilikdə olması kilo atmağımıza nə dərəcədə təsir edir?



İsti su içməyin faydaları

İsti su həzm sisteminin düzgün işləməsinə və qəbizliyə yaxşı təsir
edir. Xüsusilə də, səhərlər ac qarnına bir stəkan isti su içmək həzmi
sürətləndirir. 

İsti su toksinlərin bədəndən tez çıxmasına kömək olur. Sızanaq kimi dəri problemlərinə də yaxşı təsir edir.

İsti su tənəffüs yollarının açılmasına da kömək edir.

İsti suyun ən vacib faydalarından biri də orqanizmdəki qanın hərəkətini
sürətləndirərək ağrıları azaldır. O daha çox oynaq ağrılarına yaxşı
təsir edir.



Soyuq suyun faydaları

Soyuq su infarkta qarşı insanı müdafiə edir. Xüsusilə də, yaz-yay
aylarında soyuq su içmək orqanizmi təmizləyir, isti vurmasından
qoruyur. 

Soyuq su isti suya nisbətən mədədə daha az qalır və orqanizm tərəfindən daha yaxşı həll olunur. 

Soyuq su həm də, isti suya nisbətən metabolizmanı daha da sürətləndirir və buna görə də, çəki itirməyə kömək edir.

Hansı sizə daha çox faydalıdır?

Hər
gün mütləq 2-2.5 stəkan su içmək və bunu vərdiş halına gətirmək
lazımdır. Su içmək üçün susamağı gözləməyin. Çünki orqanizmin su
itirməyi bizim gözlədiyimizdən də çoxdur. Su içməyin faydaları isə daha
çoxdur. Mütəxəssislərin fikrincə, həzmi yavaşladan soyuq suyu yeməklərlə
birlikdə içmək faydalı deyil. Buna görə də, otaq istiliyində su içmək
daha faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!