Gecə saatlarında yemək yeyənlər oxusun

Gecə saatlarında yemək yeyənlər oxusun
Faydalı məsləhətlər
10.09.2017 22
Gecə
yemək sindromu qidalanma davranışı pozuntusudur. Bunu deyən türkiyəli
qidalanma və pəhriz mütəxəssisi Özge Yüksel gec saatlarda yemək
sindromunun qarşısını almaqdan danışıb.

Mütəxəssis
ilk növbədə onu bildirir ki, gecə yemək vərdişi yuxunun pozulmasına
səbəb olur. Bu zamansa enerji qəbuluna ehtiyac yaradır: "Gündəlik
kalorinin ən az 50-nin son axşam yeməyindən sonra atışdırmalarla qəbul
edilməsi, yeyilən qidalarınsa şəkər və nişasta kimi karbohidrat tərkibli
olması artıq bir xəstəliyə işarədir. Oyandıqdan sonra ilk yeməyin bir
neçə saat gecikdirilməsi və gecə yeyilənlər səbəbindən narahatlıqlar
ortaya çıxır. Bu insanlar səhər oyandıqları zaman özlərini yaxşı hiss
edirlər, lakin gün irəlilədikcə ruhi vəziyyəti pisliyə doğru dəyişir.
Bunun səbəbi serum melatonin səviyyəsinin aşağı düşməsi, leptin
hormonunun azalması və kartizol səviyyəsinin yüksək olmasıdır. Eyni
zamanda bunun əsl səbəbi yaşanan böyük stressdir".

Gecə yemək sindromunun müalicəsi

Stress
bir çox xəstəliyin qaynağı olmaqla bərabər, yuxu nizamsızlığına və
oyanan zaman dərhal yemə istəyinə səbəb ola bilər. Ö. Yükselin sözlərinə
görə, günü kafi və doğru qidalanmaqla keçirmək axşam qidalanma və yuxu
keyfiyyətinə müsbət təsir edir. Bununla da gecə yemək vərdişinizə son
qoymuş olarsınız: "Səhər oyandığınız zaman əl-üzünüzü yuduqdan sonra
səhər yeməyi yeməsəniz, bədəniniz oyanmayacaq və günə adaptasiya olmaqda
çətinlik çəkəcək. Lakin yaxşı bir səhər yeməyi özünüzü daha enerjili,
daha sağlam hiss etməyinizə səbəb olacaq".

Nahar
yeməyi də çox əhəmiyyətlidir, sizi axşama hazırlayar. Nahar yeməyini
gecikdirdiyinizdə axşama qədər çox acar və axşam yeməyində həddindən
artıq yeməyə meyllənərsiniz. Halbuki doydurucu bir nahar yeməyi və ara
yeməyində meyvələrlə qidalanmaq aclığınızı azaldar. Bunun sayəsində
yeməklərlə mübarizə aparmaq məcburiyyətində qalmazsınız. Axşama doğru
kafeinli içki qəbulunu məhdudlaşdırmaq da gecə yuxunuza müsbət təsir
edəcək: "Bir çox insan gecə yata bilmək üçün spirtli içki qəbul edir.
Lakin spirt qəbulu gecə yarısı oyanmağınızı səbəb olur. Bu zamansa yenə
içki və yeməyə meyliniz arta bilər. Gecə yemə sindromu yaşayırsınızsa,
psixiatr, psixoloq və dietoloq köməyinə müraciət edin. Buna səbəb olan
stressi aradan qaldırmağa çalışın və düzgün qidalanma vərdişləri
yaradın".

Həkim
onu da əlavə etdi ki, insan mübarizəni ilk növbədə özü ilə aparmalıdır.
Birincisi,  iştahanı artıran atışdırmaları gözünüzdən qıraqda saxlayın,
yatmadan əvvəl ilıq duş qəbul edin, sonra bitki çayı için. Yuxunuz
gəlməsə belə, hər gün eyni saatda yatmağa cəhd edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!