10 vəziyyətdə sənə yalnız vazelin kömək edəcək

10 vəziyyətdə sənə yalnız vazelin kömək edəcək
Faydalı məsləhətlər
10.09.2017 11
Məhz bu ucuz və universal məhsul səni ən çətin vəziyyətlərdən xilas edəcək. 



1. Saç boyamasından dərini qoruyur

Ev
şəraitində saçlarını boyayırsansa müəyyən problemlər yaranır. Boya
qulağına, çiyninə, alnına dağılır. Bunun qarşısını almaq üçün boyamadan
əvvəl vazelin istifadə edə bilərsən. Ləkə düşən yerə vazelin çəkib fırça
ilə təmizləmək lazımdır.



2. Makiyajı korreksiya etməyə kömək edir

Əgər
gözlərinə eyeliner vasitəsilə ox çəkmisən və o qaşlarından kənara çox
çıxıbsa, silib yenidən çəkməyə ehtiyac yoxdur. Vazelini balaca pambıqlı
çubuğa (qulaq təmizləyən çubuq ola bilər) batır və həmin artıq hissəni
yavaşca sil. Tuş çəkərkən kənarlara yayılıbsa onu da, bu üsulla
silə bilərsən.



3. Kiprikləri uzadır

Vazelini gecə kipriklərə çəkib yatsan nəticə səni valeh edəcək. Kipriklərin uzanacaq.



4. Dodaqları çatlamaqdan qoruyur

Vazelinin
köməyi ilə dodaqların parlaq və hamar olacaq. Soyuq havalarda çölə
çıxmaqdan çəkinmə, çünki vazelin dodaqlarını çatlamaqdan qoruyacaq.



5. Ətirlərini onunla davamlı edə bilərsən

Qulaq dibinə, körpücük sümüyünə, biləklərinə ətir əvəzinə vazelin çəksən günboyu gözəl qoxu gələr.



6. Skrab üçün əsas vasitə kimi istifadə et

Əgər
nazik, həssas və quru dəriyə sahibsənsə sıradan skrablar qıcıqlanma
yarada bilər. Vazelinlə özünə uyğun skrab hazırlaya bilərsən: incə və
effektli. Bunun üçün sadəcə vazelinə kosmetik şəkər qamışı əlavə etməklə
kifayətlənə bilərsən. 



7. Vazelin soyuqdəyməni aradan qaldırmaqda yardımçı olar

Xəstələndiyin
zaman burnun axır, burun dəlikləri ətrafındakı dəridə qızartılar və
qabıqlamalar yaranır? Bu problemi tez aradan qaldırmaq üçün vazelin
maskası sənə köməkçi olacaq.



8. Uzun müddət sırqa taxmamısansa vazelin köməyə gəlir

Uzun
müddət sırqa taxmadığına görə qulaq deşiklərin darlaşıbsa qulaq
məmələrini vazelinlə masaj et. Nəticədə sırqalarını qulağına rahat və
tez taxa biləcəksən.



9. Yanıqdan sonra dərini tez sağaldır

Yanıq yaran heç cürə sağalmır? Vazelini yoxla. Vazelinlə sadəcə həmin hissəni yağlamaq lazımdır. Proses çox sürətli olacaq.



10. Vazelinlə dərinin nəmini itirməsinin qarşısını al

Vazelin
bu işdə nəyə lazımdır? Hollivud kosmetoloqlarından tutmuş məşhurlarına
qədər hamısı dərilərini nəmləndirməkdən ötrü vazelindən istifadə
edirlər. Çünki vazelin ən yaxşı nəmləndiricidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!