Diş ağartmağın 5 yolu

Diş ağartmağın 5 yolu
Faydalı məsləhətlər
10.09.2017 21
Dişlərimiz
həm gözəlliyimiz, həm də sağlam təbəssümümüz üçün bizə çox lazımdır.
Xüsusilə də, ağ dişlər demək olar ki, hər kəs tərəfindən arzu olunandır.
Amma bəzilərimiz tibbi prosedur keçmədən dişlərimizi ağartmaq
istəyirik. Bəs ev şəraitində asan və təbii yolla dişlərimizi necə ağarda
bilərik? Bunun üçün bəzi sadə ipucları təqdim edirik. 



Qabartma tozu və limon suyu

Qabartma
tozunun içində yumşaq xəmir alınana qədər limon suyu əlavə edin. Məhlul
alınandan sonra dişlərinizi onunla fırçalayın. Amma bir nüansa diqqət
etməlisiniz. Bu qarışım sizin dişləriniz üçün əla nəticə verə bilir amma
ki, ondan çox istifadə dişlərin mina qatının zədələnməsinə gətirib
çıxarır.



Hind qozu yağı

Parlaq
və nahamar dişlər üçün insanların tərəddüdsüz məsləhət gördükləri bir
vasitə məhz hind qozu yağı ilə olan ağartmaq üsuludur. Bir az hind qozu
yağını götürüb dişlərinizə çəkib 20 dəqiqə gözləməlisiniz.



Çiyələk

Çiyələklə
diş ağartma prosesi həm dadlıdır, həm də nəticəlidir. Quru diş
fırçasının üzərinə bir ədəd çiyələk qoyub onunla təxminən 3 dəqiqə
dişlərinizi fırçalamlısınız. Amma araşdırmalar çiyələk xaricdən təmizlik
etdiyi üçün daxildən ağartmır. Amerikalı mütəxəsislərin araşdırmalarına
görə, çiyələyin tərkibində sitrik turşusu olduğundan dişləri zədələyə
bilir. Ona görə də bunu hər gün etməsəniz yaxşı olar.



Alma sirkəsi

Alma
sirkəsi diş ləkələrini təmizləməklə yanaşı ağızdakı bakteriyaları da
öldürür. Su ilə dolu bir fincanın içinə yarım çay qaşığı alma sirkəsi
əlavə edib onunla ağzınızı yaxşıca yaxalayın. Sonra isə dişlərinizi
fırça ilə rahatlıqla fırçalaya bilərsiniz. 



Banan

Təxminən
1 dəqiqə boyunca dişlərinizi banan qabığının iç hissəsi ilə tək-tək
fırçalayın. 10 dəqiqə gözləyin. Sonra isə quru, məcunsuz fırça ilə
dişlərinizi fırçalayın. Nəticəni görəndə çox bəyənəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!