Dişləri ağartmaq heç bu qədər asan olmamışdı

Dişləri ağartmaq heç bu qədər asan olmamışdı
Faydalı məsləhətlər
10.09.2017 17
Dişlərinizi sarıköklə ağarda biləcəyiniz ağlınıza gələrdi? 



Qəribədir
ki, sarıkök paltara, dəriyə töküldükdə sarı ləkə salsa da, ondan diş
ağartmaq üçün istifadə edirlər. Sarıkök dişləri ağartmaqla yanaşı,
ağrını kəsir və diş əti iltihablarının qarşısını alır. 



Bəs ondan necə istifadə etmək lazımdır? 



4
xörək qaşığı sarıkökü bir qaba tökün. 2 çay qaşığı sodanı və 3 xörək
qaşığı kokos yağını əlavə edib qarışdırın. Həmin qarışığı 2-3 dəfə
istifadə edə bilərsiniz. Hətta şüşə bir qabda 1 həftə mühafizə də etmək
olar. 



Diş fırçasının üzərinə 1 çay qaşığı töküb dişlərinizi 1-2 dəqiqə fırçalayın. Daha sonra su ilə ağzınızı yaxşıca yaxalayın. 



Həftədə 2-3 dəfə bu prosesi təkrarlayın. 



Hazırladığınız
bu təbii diş məcununun tərkibindəki sarıkök dişləri ağardacaq və diş
ağrılarının qarşısını alacaq. Soda dişdəki ləkələri təmizləyəcək. Kokos
yağı isə ağız boşluğundakı bakteriyaları öldürəcək və ağız qoxusunun
qarşısını alacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!