1 gün ac qalmaq orqanizmi 3 ay cavanlaşdırır

1 gün ac qalmaq orqanizmi 3 ay cavanlaşdırır
Faydalı məsləhətlər
10.09.2017 6
Köklükdən
əziyyət çəkirsinizsə, həzm probleminiz varsa, bunun sadə müalicəsi üçün
birgünlük ac qalmaq praktikasını sınamağa dəyər.

 

Məlumdur
ki, qida bağırsaqlardan  2 gün ərzində keçir, bu səbəbdən, birgünlük ac
qalmaq elə də əziyyətli proses deyil. Düzgün təşkil olunmuş pəhrizlə
həzm sisteminin fəaliyyəti yaxşılaşır və bədənə zərər dəymir. Əksinə,
çox faydalıdır.

 

Yeməkdən 1 günlük imtina

Bu pəhrizi həftədə bir dəfə tətbiq etdikdə orqanizmdəki fövqəladə dəyişikliyi çox gözləməli olmayacaqsınız.

 

Birgünlük
ac qaldıqdan sonra səhəri gün güzgüdə əksinizə baxanda dəyişikliyi
açıq-aşkar müşahidə edəcəksiniz. Dəri hamar və parlaq olacaq! Göz
qapaqlarındakı torbalar və şişkinlik azalacaq. 

Bir gündən sonra bağırsaqlarda yığılmış bütün qida qalıqları tamamilə xaric olacaq. Həzm yolu saat kimi işləyəcək.

 

Tərəzinin
üstünə çıxın: 1 kq az göstərəcək. Təəccüblənmək lazım deyil, yalnız
ertəsi gün çox yeyib bunun əvəzini çıxmaq olmaz. Uzunmüddətli müsbət
nəticə üçün mütəmadi olaraq, həftədə bir dəfə ac qalın.

 

Bununla
orqanizmdə mübadilə prosesləri normaya düşəcək. Pəhriz zamanı boy
hormonları da artır. Bu hormonlar yetkin insanlarda əzələ kütləsinin
artmasına, sümüklərin möhkəmlənməsinə və yağların parçalanmasına kömək
edir.

 

Beynin
işini aktivləşdirməklə onu yeni fikirlərin axtarışına stimullaşdırmaq
mümkündür. Bəzilərinin hətta yaradıcılıq bacarığı və mənəvi yüksəliş
istəyi artır.

 

Bədənə
müxtəlif xəstəliklərlə mübarizə aparmağa yardım etmiş olarsınız. Ac
qalmaq astmanı əhəmiyyətli dərəcədə azaldır, ürək-damar xəstəlikləri
riskini də azaltmaqla yanaşı, tutmaların sayı və onların intensivliyini
aradan qaldırır, həmçinin orqanizmin immun sistemini möhkəmləndirir. Ən
əsası, orqanizm 3 ay cavanlaşır.

Siz
yeməklərə olan psixoloji bağlılıqdan azad olacaqsınız, bütün günü nə
isə çeynəmək kimi pis vərdişlər də öz-özünə aradan qalxacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!