5 addımda qripdən qorunun

5 addımda qripdən qorunun
Faydalı məsləhətlər
10.09.2017 15
Yaz
gəldisə deməli, yağışlı, küləkli, soyuq havaları ilə yanaşı qrip kimi
gec sağalan də özü ilə gətirir. Bəs necə etmək olar ki, tez bir zamanda
bu xəstəlikdən yaxa qurtarıb, payızı doya-doya yaşayasan? Çətinliklə
öhdəsindən gəlinən sadə görünən bu xəstəlikdən 5 addımda azad olmağın
yollarını Qadınlar.biz yazır. 



Soyuqdəyməyə qarşı C vitamini

Qripin
əlamətləri özünü birinci üşütmə, soyuqdəymə şəklində göstərir. Və bu
zaman ən yaxşı müalicə C vitaminli qidalar qəbul etməkdir. Çünki C
vitamini antioksidandır və immuniteti gücləndirir. C vitamini
bədənimizdə olmadığı üçün hər gün qidalarla onu qəbul etməliyik. Bu
vitamin limon, portağal kimi narıncı qidaların, qırmızı və yaşıl
bibər, cəfəri, pomidorun tərkibində çox olur.



Sağlam bağırsaqlar və güclü immunitet ilə qripə qalib gəlin

İmmunitetin
güclü olmasının əsas səbəbi sağlam bağırsaqlardır. Buna görə də
gündəlik qidalanmada ayran, qatıq və kefir qəbul etmək yaxşı olar.
Xüsusən də, axşam yatmazdan əvvəl bu qidaları qəbul etmək daha
təsirlidir.



Bol-bol su için

Havalar
soyuyur deyə içdiyiniz suyun miqdarını da azaltmayın. Bu haqda
əvvəlki yazılarımızda bəhs etmişik. Və qriplə mübarizədə də su özünü
göstərir. Su bədənin istiliyini tənzimləyir və böyrəklərin düzgün
işləməsini təmin edir.



Payız depressiyasına qidalanma ilə cavab verin və qripdən azad olun

Payızı
soyuq, küləkli, yağışlı və xəstəliklərinə görə, adətən, depressiya
fəsli kimi təqdim edirlər. Amma bu doğru deyil. Depressiya kimi qəbul
edilən vəziyyəti beyindən atmaq üçün sadəcə və sadəcə yaxşı qidalanmaq
lazımdır. Əsasən də ruh düşkünlüyü B vitaminləri qrupu çatışmayanda
yaranır. Bu vitaminlər qrupu ət, dəniz məhsulları, yumurta və pendirdə
bol-bol var. Payızla balıq mövsümü də başlayıb, buna görə də
artıq həftədə 2 dəfə balıqla qidalanmaq gərəklidir. Çünki balığın
tərkibindəki omega-3 immuniteti gücləndirir və qripə yoluxma halı
azalır.



Hər qidanı mövsümündə yeməli

Hər
zaman mövsümə uyğun qidalar qəbul etmək daha çox fayda verir. Çünki həm
bədən təbii qidalarla qidalanır, həm də ehtiyacı olan vitaminləri,
mineralları təbii şəkildə qəbul edir.



Qripə oluxmamaq üçün payızda hansı aylarda hansı qidalar qəbul edilməlidir? 


Payızda yeyilməli olan vacib qidalar: kök, xiyar, təzə lobya, yaşıl
bibər, badımcan, göbələk, qarğıdalı, nanə, cəfəri, reyhan, boranı,
pomidor, soğan, şaftalı, üzüm, əncir, təzə qoz, fındıq.



Oktyabrda

Yeyilməsi
vacib olan tərəvəz və meyvələr: kök, xiyar, yaşıl bibər, badımcan,
qırmızı bibər, yer alması, gül kələmi, kələm, nar, üzüm, əncir, armud,
şabalıd, fındıq, qoz.



Noyabrda

Yeyilməsi
vacib olan tərəvəz və meyvələr: kələm, kərəviz, kök, gül kələmi,
ispanaq, boranı, yer alması, soğan, nanə, cəfəri, kahı.

P.S.
Əgər qripə yoluxmusunuzsa təzə nanəni qaynadıb, içinə də limon əlavə
edərək gün ərzində bol-bol için. Nəticəni isə tez bir zamanda
görəcəksiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!