D vitamini çatışmazlığı kökəlməyə səbəb ola bilər mi?

D vitamini çatışmazlığı kökəlməyə səbəb ola bilər mi?
Faydalı məsləhətlər
10.09.2017 15
Məlumdur
ki, D vitaminini orqanizmimiz daha çox günəşdən alır. Amma günəş
şüalarının az olduğu qış aylarında bu vitaminə olan təlabatımızı xüsusi
qidalarla ödəməliyik. Bəs bu vitamin hansı qidalarda var və D vitamini
kökəlməyə səbəb olurmu? Bu suallara yazımızın davamında cavab tapa
bilərsiniz.



D vitamini hansı qidalarda olur?

Digər
vitaminlərə nisbətdə D vitamini limitli qidaların tərkibində var.
Əsasən də, somon kimi yağlı balıqlarda daha çox olur. D vitamini olaraq
qəbul edəcəyimiz qidalar isə bunlardır:

1. Yağlı balıqlar və konservləşdirilmiş balıqlar – somon, ton balıqları

2. Süd

3. Soya südü

4. Pendir

5. Qatıq

6. Yumurta sarısı

7. Səhər yeməyi üçün olan dənli bitkilər

8. Tofu (Soya pendiri)

Araşdırmalara
görə, D vitamini ilə çəkiyə nəzarət arasında əlaqə var. Belə ki, D
vitaminini lazımlı miqdarda qəbul etməmək ya çəki artımına ya da ki,
sağlıqsız arıqlamağa səbəb olur. Daha çox isə D vitamininin
çatışmamasının təsiri müəyyən yaş həddinə sahib olan qadınlarda hiss
olunur (50-65 yaşlarında qadınlarda daha çox çəki artımı baş verir).
Araşdırmaların nəticəsi olaraq məlum olub ki, yağ hüceyrələrindəki D
vitamini reseptorları bu balansın pozulmasına səbəbdir. 

D
vitamininin ən vacib xüsusiyyətlərindən biri qarın hissəsində
yağlanmanın qarşısını almasıdır. Amma bununla belə, D vitamini əksikliyi
insulinə də mənfi təsir edir. Bu da arıqlamağa problem yaradır. Lakin D
vitaminini yetərli miqdarda qəbul etdikdə beynə leptin hormonu gedir
və doyduğunuz haqqında mesaj verir. Yetişkin insanlarda gündə 10 mg D
vitamini qəbul etməlidirlər. D vitamini çatışmazlığı tez-tez rast
gəlinir. Bunun qarşısını almaq üçün həftədə ən az 2-3 dəfə yağlı balıq
qəbul edin və mümkün olduğu qədər günəşə çıxın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!