Ürəyinizi qorumaq istəyirsizsə aşiq olun

Ürəyinizi qorumaq istəyirsizsə aşiq olun
Faydalı məsləhətlər
10.09.2017 5
Türkiyəli psixoloq Mustafa Varol Yorulmaz ürək sağlamlığını qorumaq istəyənlərə "aşiq olun" məsləhətini verib. 

Psixoloqun məsləhətlərini təqdim edirik.



Həkim
bildirir ki, aşiq olmaq zövq və xoşbəxtlik bəxş edən endorfin
hormonunun ifraz olunmasına kömək edir: "Daimi eşq həyatı insanın həyat
keyfiyyətini artırır. Bütün dünyada ölüm səbəblərinin ilk sırasında ürək
və damar xəstəlikləri gəlir. Ürək sağlamlığını qorumaq istəyənlər
mütləq aşiq olmalıdırlar. Aşiq olmaq ürəyə yaxşı təsir edir. Çünki zövq
və xoşbəxtlik verən endorfin hormonunun ifrazına kömək olur. Bunun
sayəsində həm ürəyiniz, həm ruhunuz xoşhal olur”.



Ürək
həyat fəaliyyətlərinin ən əhəmiyyətli açarıdır. M. Yorulmaz ürəyimizə
sahib çıxmadığımızı və diqqətsiz yanaşdığımızı təəssüflə qeyd edir:
"Daha sağlam və daha uzun ömür yaşmaq üçün hər kəs ürəyinə diqqət
göstərməlidir. Beynimizə bunu həkk etməliyik - ürəyinə sahib çıx!”



Psixoloq
insanlara ürək sağlamlığını qorumaq üçün tövsiyələr də verib: "Mən
artıq ürəyimə xəyanət etməyəcəyəm!" – buna qəti qərar verin. Və bu
zamana qədər ürəyinizi sıxan, sizi incidən nə etdisinizsə, nə baş
veribsə, hamısını geridə qoyun. Siqareti atın, artıq çəkiniz varsa,
arıqlamağa çalışın, idman etməyə başlayın, təzyiq və şəkəriniz varsa,
nizama salın. Sağlam və yaxşı qidalanın. Ürəyinizin sağlamlığının
öhdəsindən tək gələ bilmirsinizsə və buna gücünüzün çatmayacağını
düşünürsünüzsə, mütləq mütəxəssisə müraciət edin, dietoloqla əlaqə
yaradın”.



Həkim
aktiv həyat tərzi sürməyi, daim hərəkətdə olmağı da tövsiyə edir.
Enerjinizi xərcləyə biləcəyiniz bütün hərəkətləri həyatınıza daxil edin:
"Piyada yeriyin, evdəki işləri belə rəqs edərək edin. Bol su içmək
vacibdir. Xüsusilə ürək narahatlığı olanların bol su içmələri onların
həyatını qurtaracaq. Həyata qarşı optimist davranın və aşiq olun! Aşiq
olmaq ürəyə yaxşı təsir edir”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!