Siqaret haqda daha bir təhlükəli fakt

Siqaret haqda daha bir təhlükəli fakt
Faydalı məsləhətlər
10.09.2017 12
Tütün
çəkənlərdə vərəmin gizli formasının yaranma ehtimalı tütün çəkməyənlərə
nisbətən 3 dəfə çoxdur. Xəstəliyə yoluxma riski isə tütün çəkmənin
müddətindən və miqdarından da asılıdır.

 

Həkim Süleyman Quliyev deyib. Onun sözlərinə görə, tütün çəkmə
vərəmin gizli formasının aktiv formaya keçməsini tütün çəkməyənlərlə
müqayisədə 2-3 dəfə, vərəmli xəstələr arasında ölüm riskini isə 6
dəfəyədək artırır. Hətta vərəm xəstəliyindən sağalan və tütün çəkən
insanlarda vərəmin aktiv formasının təkrar yaranma riski 3 dəfə
yüksəkdir.

 

Həkim
bildirib ki, həm aktiv, həm də passiv tütün çəkmə nəinki vərəmin
inkişafına şərait yaradır, həm də vərəmli xəstələrin müalicəsini
çətinləşdirir, vərəmin təkrar əmələ gəlməsi riskini artırır, eləcə də
vərəm xəstəliyinin gedişatını ağırlaşdırır.

 

Vərəmin
xəstə insandan sağlam insana hava-damcı yolu ilə keçdiyini deyən
həkimin sözlərinə görə, ətrafa yayılan ikinci tütün tüstüsünün təsirinə
məruz qalma uşaqlar və böyüklər arasında vərəmə yoluxma riskini və aktiv
vərəm formasının inkişaf riskini yüksəldir. Mənzildə siqaret çəkən
vərəmli insanlar öz sağlamlıqlarını təhlükə altına qoymaqdan əlavə,
ailələrini də vərəmə yoluxma riskinə məruz qoyurlar. Ona görə də
mənzilin tütün tüstüsündən azad olması vacibdir.

 

Vərəmlə
xəstələnmə riskini azaltmaq üçün tütün çəkmədən imtinanı zəruri sayan
S.Quliyevin sözlərinə görə, tütün çəkmədən imtina etmək vərəmin aktiv
formasının yaranmasından qorunmaq üçün ən yaxşı üsullardan biridir.
Tütün çəkməni tərgitmək nəinki vərəm xəstəliyinin yaranma riskini
azaldır, həm də vərəmin gizli formasının müalicəsinə kömək edir: "Tütün
çəkmə insanın immun sistemini zəiflədir. Buna görə də tütün çəkənlərin
orqanizmi vərəm infeksiyası ilə mübarizə apara bilmir. Tütün çəkmə
ağciyərləri də zədələyir və tütün çəkənləri vərəm infeksiyasına qarşı
daha həssas edir. Tütün çəkmə vərəm əleyhinə müalicənin effektivliyini
azaldır, bununla da vərəmin uzun müddət davam etməsinə və daha ağır
formalarının yaranmasına səbəb olur”.

 

Tütün
çəkmənin dünyada qarşısı alına bilən əsas ölüm səbəblərindən biri
olduğunu xatırladan həkim əlavə edib ki, dünyada 1 milyarddan çox insan
tütün çəkir. Tütün istehlakı səbəbindən hər il 6 milyon insan dünyasını
dəyişir. Əgər lazımi tədbirlər görülməsə, 2030-cu ilədək tütün
epidemiyası hər il 8 milyon insanın həyatına son qoyacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!