Siqaret çəkmək əleyhinə mübarizədə yeni söz

Siqaret çəkmək əleyhinə mübarizədə yeni söz
Faydalı məsləhətlər
10.09.2017 13
ABŞ-ın
Skripps Elmi-Tədqiqat İnstitutunun Kimyəvi Biologiya İnstitutunun
alimləri beyinə çatmazdan əvvəl nikotini məhv edən bakterial ferment
yaradıblar. 



Tədqiqatçı
Kim Yandanın sözlərinə görə, orqanizmə düşən bakteriya nikotini özü
tapır və onunla qidalanır. Yəni nikotin beyinə çatmazdan əvvəl bakteriya
onu məhv edir və insanı nikotinin bütün xoşagəlməz fəsadlarından xilas
edir. Alimlər hesab edirlər ki, bakterial ferment tütün asılılığına
qarşı mübarizədə təsirli müalicə vasitəsi olacaq. 



Alimlər
onu da aşkar ediblər ki, bakterial ferment laboratoriya şəraitində
sabit qalır və nikotini məhv edən zaman zəhərli metabolitlər əmələ
gətirmir. 



Hazırda
tədqiqatçılar bakteriyadan istifadənin immun sistemi üçün potensial
nəticələrini yumşaltmaq və siqaret çəkməyə qarşı dərman vasitəsi kimi
müalicəvi potensialını maksimal etmək məsələsi üzərində çalışırlar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!