Bu 11 vərdişi tərgidin, miqrendən xilas olun

Bu 11 vərdişi tərgidin, miqrendən xilas olun
Faydalı məsləhətlər
10.09.2017 11
Miqren şiddətli baş ağrısı xəstəliyidir. Olduqca əziyyət verən və yaşından asılı olmayaraq hər kəsin yaşaya biləcəyi miqren ağrıları adi baş ağrılarından fərqlənir. Gün ərzində istənilən saatda meydana gələn bu ağrılar xüsusən səhərlər olduqca kəskinləşir və miqren spazmları keçirən insanın iş qabiliyyəti, demək olar ki, sıfıra enir.
Qadınlar.Biz  publika.az-a istinadən miqrenə təsir edən amillərin siyahısını təqdim edir:


1. Həssaslıq

Bəzi insanlar işığa, səsə, qoxulara qarşı həssas olurlar. Belə insanlar miqrendən daha çox əziyyət çəkir. Lakin həssas olmağın detalları tez görmək, mürəkkəb işləri digərlərindən daha tez qavramaq kimi müsbət tərəfləri də var.

 

2. Köklük

Son aylarda aparılan araşdırmalarda miqren ilə bədən kütlə indeksi arasında əlaqə olduğu məlum olub. Miqren kök insanlarda arıqlarla müqayisədə 35 faiz daha çox müşahidə olunur. Piylənmədən əziyyət çəkən insanlarda isə bu rəqəm 80 faizə çıxır.

 

3. Həddən artıq məşq

Həddən artıq məşq bədəni fiziki olaraq yorur. Bu da miqrenin hücuma başlamasına təkan verir.

 

4. Hərəkətsizlik, passiv həyat

Hərəkətsizlik və passiv həyat miqrenə səbəb olan əsas amillərdəndir. Hər hansı bir işlə məşğul olmaq, faydalı olmaq insanı xoşbəxt edir. Hərəkətsiz həyat isə insanı kütləşdirir, ən pisi miqrenə təkan verir.

 

5. Həftə sonu istirahəti

Şiddətli baş ağrılarından yalnız həftə sonu şikayət edənlər də var. Bunun səbəbi həftə sonları yuxu saatlarının dəyişməsidir. Miqren isə rejim dəyişikliyini sevmir.

 

6. Boya və ətir qoxuları

Miqreni olan insanlar çox həssas olduqları üçün qoxuları başqalarından daha çox hiss edirlər. Xüsusən kəskin qoxular narahatlıq verir. Boyalar, ətir qoxuları başda olmaqla bütün kəskin qoxular miqrenin şiddətlənməsi ilə nəticələnir.

 

7. Susuzluq

Hər kəs çəkisindən asılı olaraq gün ərzində 2 litr su içməlidir. Orqanizmin su ehtiyacı ödənilmədikdə miqrenin yaranmasına səbəb olur.

 

8. Aclıq

Aclıq da miqrenə təkan verən əsas amillərdəndir. Bu baxımdan miqreni olan insan üçün Ramazan ayında oruc tutmaq çox çətin olur.

 

9. Həddindən artıq çay, qəhvə içmək

Həddindən artıq çay, qəhvə istehlakı miqrenə təkan verir. Hətta bəzi həkimlər xəstələrə qəhvəni qadağan edirlər. Lakin araşdırmalar göstərir ki, qəhvə hər insana müxtəlif cür təsir göstərir.

 

10. Yuxunun pozulması

Yuxusuzluq və ya yuxu rejiminin pozulması da baş ağrılarını şiddətləndirir. Lakin unutmayın ki, çox yatmaq da miqren yaradır.

 

11. Xoşbəxtlik, hədsiz həyəcan

Miqren stresslə çox bağlıdır. Hətta xoşbəxtlik duyğusu, eləcə də həddən artıq həyəcanlanma miqrenə səbəb olur. Müsbət olsa da, balans pozulur. Miqren isə nizamı sevir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!