Qadınlarda pis ağız qoxusu – Hialitoz

Qadınlarda pis ağız qoxusu – Hialitoz
Faydalı məsləhətlər
10.09.2017 7
Hər bir xanımın çantasında ətir və dodaq boyası ilə yanaşı , nəfəsi təravətləndirən konfet və ya saqqız tapılar.  Hamımız nəfəsimizin qayğısını çəkirik. Lakin təəssüflər olsun ki, heç də hamımız nəfəsin tam təravətli olması üçün daha təsirli tədbirlərə əl atmağın lazım olduğunu anlamırıq.




Hialitoz  ( pis ağız qoxusu ) xəstəliyindən ömrü boyu şübhələnmədən əziyyət çəkmək olar : ətrafdakılar çətin ki , problemi birbaşa deməyə cürət edər , öz nəfəsinin iyini bilmək isə kifayət qədər çətindir. Məsələ ondadır ki , ağız boşluğu yumşaq damaq nahiyəsində daxildən gələn bütün qoxuları incəliklə filtrasiya edən burun ilə birləşmişdir. Öz tənəffüsünə təbii adaptasiya belə baş verir və halitozun inkişaf etməsi haqqında siqnal nəzərdən qaçır. Lakin ümidi kəsmək lazım deyil ! Bu bəlanın öhdəsindən gəlmək şansları var . Problemi təravətləndirici sprey , ağız boşluğu üçün yaxalayıcı maye və saqqız ilə maskalamağa dəyməz. Müsbət effekt gözləməyin ! Halitozun öhdəsindən yalnız həkim gələ bilər.




SƏBƏBLƏRİ :
1 .  Ağiz boşluğu ilə əlaqədardır. Bakteriyaların sevimli məskunlaşma yerləri – kariyeslə zədələnmiş xəstə dişlər və parodontoz zamanı irinli damaq cibləridir. Hər iki halda stomatoloq bu problemi həll edəcək.
2. Qulaq – burun – boğaz və tənəffüs yollarının xəstəlikləri .
Pis ağız qoxusu badamcıq vəzilərinin iltihabı ( tonzillit ) , faringit ,adenoidit , eləcə də çox zaman sinusitlər ilə ( haymorit , etmoidit və frontit ) əlaqədar ola bilər .  Uzun surən bəlğəmli öskürəkdən  ( xroniki bronxit , pnevmoniya ) əziyyət çəkənlərdə də pis ağız qoxusu ola bilər.
3.  Mədə - bağırsaq xəstəlikləri .
" Aclıq " ağrılarından əziyyət çəkirsiniz ( 12 barmaq bağırsağın xora xəstəliyi )  , yeməkdən sonra mədə nahiyəsində ağırlıq hissi , köp , gəyirmə  əmələ gəlir( Kəskin qastrit , Mədə xorası  Diafraqma qida borusunun dəliyinin yırtığı ) , qıcqırma ( Reflüks ezofagit )  , Mədənin hərəkətinin azalması və gec boşalması ( qidada olan maddələrin çürüməsi nəticəsində pis qoxulu qazların əmələ gəlməsi )  ,  qarın işləməsi baş verirsə  mütləq qastroenteroloqa müraciət edin ! Bu kimi şikayətləri olanlar yanaşı pis ağız qoxusundan da şikayət edirlər. Səbəb aradan götürüldükdən sonra şikayətlər də tamamilə yox olur.
4.  Şəkərli diabet xəstələri ( aseton qoxusu olur ).
5. Böyrək çatışmazlığı ( balıq qoxusu olur ) .
6.  Qaraciyər yetməzliyi.




VƏRDİŞLƏRİ DƏYİŞMƏK LAZIMDIR !
Çox zaman xoşagəlməz qoxuların mənbəyi zərərli vərdişlərimizdə ( siqaret çəkmə , alkoqoldan istifadə etmək ) və qastronomik həvəslərimizdə ( soğan və sarımsaq qoxulu qida , bir dəfəyə hədsiz çox yemək ) gizlənir. Siqaret çəkənlərdə pis ağız qoxusunun mənbəyi ağız boşluğunda deyil , ağciyərlərdədir : hər növbəti qullab ilə tütün tüstüsü qan dövranı ilə ağciyərlərə sirayət edərək , nəfəs verməni xoşagəlməz qoxu ilə doldurur. Odur ki , siqaretdən birdəfəlik ayrılmaq yaxşı olardı .



Dr. Cəfərova Mətanət


Telefon və whatsapp: ( 050 ) 581 34 81скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!