Təmizlik yoxsa Obsessiv-kompulsiv pozuntu?

Təmizlik yoxsa Obsessiv-kompulsiv pozuntu?
Faydalı məsləhətlər
10.09.2017 30
Təmizlik yoxsa Obsessiv-kompulsiv pozuntu ???

Bəzən, özümüz də bilmədən bir çox xəstəliklərdən əziyyət çəkirik. Günlük
yaşam tərzi hesab etdiyimiz bir çox hallar müəyyən xəstəliklərin, psixoloji
pozuntuların xəbərçisi ola bilər.

Bəzilərimiz, əsasən də, xanımlar günlük yaşamlarında həddən artıq təmizliyə,
səliqəyə vaxt ayırır və bu işlərdən əl çəkə bilmirlər. Hətta "evin işi bitmir”
kimi ifadələrə də tez-tez rast gəlirik.  Pəncərələri silmək üçün yağan
yağışın tez bir zamanda bitməsini səbrsizliklə gözləmək.. Tez-tez çirklənən
balkonları şaxtalı qarlı havada silmək.. Evin içini hər gün general təmizlik
etmək.. İki gün əvvəl yuyulmuş pərdələrin artıq kirli olduğunu düşünmək.. Paltarları
2-3 dəfə yumaq.. Hər görülən təmizlik işindən son dərəcə xoşbəxt olmaq... Və bu kimi yüz cür hal... Bunlar müəyyən
dərəcədə OKP ilə əlaqədar ola bilər...

 

Bir çoxunun
ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə,
bədbəxtlik gələcəyi,onların yaxud özünün hansısa dəhşətli xəstəliyə
tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə
yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və
psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın
günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz

Obssesiv əlamətlərin ən çox rast gəlindiyi xəstəlik köhnə
adı ilə sarışan hallar nevrozu, müasir dövrdə isə obssesiv-kompulsiv pozuntu
adlandırdığımız xəstəlikdir.

Obssesiv – kompulsiv pozuntunun əlamətləri
nələrdir?

-Təmizlik -Bu tip insanlar daimi
olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər.Saatlarla əl yumaq, hamamdan çıxa bilməmək,
spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə

-Simmetriya -Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət
yetirirlər.

-Təkrar etmə yaxınlarının başına pis hadisə gəlməsin
deyə eyni hərəkəti təkrar etmə.

-Cinsi -Doğmalarına qarşı cinsi obssesiyalar.

-Ehtiyat -Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq. Dəfələrlə qapını , suyu, qazı bağladığını yoxlama.

-Sayma -binaların mərtəbələrini, maşınları sayma və
ya nömrələrini əzbərləmə, reklamları oxuma.



OKP-nin konkret bir yaranma
səbəbi yoxdur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!