Günəş şüasının faydaları

Günəş şüasının faydaları
Faydalı məsləhətlər
10.09.2017 47
Hamımız
bilirik ki, idman və pəhriz sağlam həyat üçün ən əhəmiyyətli
faktorlardır. Sağlam qalmaq üçün digər əhəmiyyətli faktor isə günəş
şüalarıdır. Günəş şüaları bizim dərimizə toxunanada biz ondan D vitamini
alırıq. 



Vitamin
D sağlamlığımız üçün hədsiz dərəcədə önəmlidir. D vitamini az olan
insanların xərçəng, sümük xəstəlikləri, ürək xəstəliyi və adi
soyuqdəyməyə belə yoluxma riski daha yüksəkdir. 



Heç
bilirsinizmi ki, insanlar artıq günəş altında daha az vaxt keçirirlər.
Müasir şəhər həyatı insanları açıq havadan daha çox qapalı məkanlarda
vaxt keçirməyə vadar edir. Günəşdən qoruyucu kremlər dərimizi kimyəvi
maddələrlə örtdüyündən təbii D vitamini qəbul edə bilmirik. Sağlam və
gümrah olmaq üçüm kifayət qədər D vitamini əldə etməliyik. 



Bundan
əlavə, günəşdən dərinin yanmaması üçün ehtiyatlı olmalıyıq. Hər gün,
xüsusilə də qış aylarında normal səviyyədə günəş şüalarından faydalanmaq
lazımdır. Günəş şüası qəbul etmək azaddır. Odur ki, tez-tez təmiz
havaya çıxın və bolluca günəş şüası qəbul edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!