Telefonlarımızı necə təmizləyək?

Telefonlarımızı necə təmizləyək?
Faydalı məsləhətlər
10.09.2017 14
Telefonlar bütün gün əlimizdədir və hara toxunsaq sonra ona
toxunuruq. Yaxşı günü keçdik axşamlar daha da betər. Əldən ələ gəzməsini
onlarla insanın toxunmasını saymıram da. Bəli, istər inanın istər
inanmayın amma telefonunuz həqiqətən mikroblar üçün yaxşı bir yuva, ya
da istirahət yeridir. Buna görə arada bir yüklədiyiniz proqlamlar qədər
gigiyenaya da diqqət etməkdə fayda var.

 

Təmizlik üçün lazım olanlar

1. Bez və ya mikro-lif dəsmal. Bir çox cihazı yanında təmizləmə bezi
gəlir. Əgər tapmasanız eynək təmizləmə bezi də istifadə edə bilərsiniz.

2. Odekolon qulaq pambığı, ya da elektron cihazları təmizləmək üçün istehsal edilmiş xüsusi mayelər





Telefonunuzu necə təmizləməlisiniz?

Telefonu təmizləyərkən maye istifadə etdiyiniz zamanlarda daha çox
diqqət göstərin çünki mayenin qıraqlardan içəri sızması telefonunuza
zərər verə bilər. Bunun üçün çoxlu maye istifadə etməyin və təmizləmə
zamanı telefonunuzu bağlayın.

 

Ekrana çox sıxmamağa diqqət edin çünki bu kiçik zolaqlara səbəb ola
bilər. Əslində yeni telefonların ekranları xeyli dözümlü olur, amma bəzi
cihazlar bu məsələdə zəifləyir.

 

Telefonunuzu bağlamağın bir yaxşı tərəfi də ekrandakı barmaq izləri
və ləkələri daha rahat görüb haralara yönəlməyi müəyyən edib işi
asanlaşdıracaqsınız. Digər bir diqqət edilməsi lazım gələn məqam da
girişlərə maye qaçırılmamalıdır. Xüsusilə qulaqcıq girişləri
təhlükəlidir.

 

Diqqətlə qurulayın və bunun üçün mümkünsə mikro-lif bezi istifadə edin.

 

Cihazınız çirkdən necə qoruyacaqsınız?

Kiçik qırıntıların və ya toz partiküllərinin telefonunuza daxil
olması və içində toplanmasını əngəlləmək üçün ən təsirli həll telefon
örtüyü istifadə etməkdir.

 

Əgər örtük istifadə etmək istəmirsiniz, ekran qoruyucular da işinizi
görəcək. Cihazınız həm tozdan qoruyur, həm də ekranın cızılmasını
əngəlləmək üçün yaxşı həll olan ekran qoruyucuları telefonun ömrü üçün
çox faydalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!