Qan vermək və onun faydaları haqqında hər şey

Qan vermək və onun faydaları haqqında hər şey
Faydalı məsləhətlər
10.09.2017 9
Cəbhədə baş verən hadisələrlə əlaqədar
oradakı insanların qana ehtiyacı olduqlarını nəzərə alıb Foxy portalı
sizin üçün faydalı ola biləcək qan vermək və onun xeyrindən yazıb. Çünki
həm yaralı əsgərlərimiz, həm də ki, yaralı mülki şəxslərə qan
ehtiyacının olduğunu bilib insanlarımızın böyük əksəriyyəti könüllü
olaraq qan vermək təşəbbüsündə olurlar. Amma qan vermədən əvvəl bilməli
olduğunuz nüanslar da, var. Bunlara diqqət etsəniz verdiyiniz qan daha
da faydalı olar.



Qan vermək nədir?

Qan
istehsal edilməyən bir toxuma olduğuna görə, yeganə mənbəyi sağlam qan
ianəçiləridir. Qan ianəsi həm ictimai, həm fərdi baxımdan əhəmiyyət
daşıyır. Çünki insan qan verdiyi zaman orqanizm yeni qan istehsal edir
və bunun orqanizm üçün faydası çoxdur. Qan ianəsi, sağlam olan şəxsdən
alınan bir miqdar qanın ehtiyac sahibi olan bir şəxsə ötürülməsi
prosesidir. Böyük xəstəxanalarda qan toplama mərkəzləri yerləşir.
Toplanan qan ehtiyac duyulduqda istifadə edilmək üzrə soyuq şkaflarda
saxlanılır.



Kim qan verə bilər?

Yaşı
18-65, çəkisi 50 kq və ondan artıq olan hər bir sağlam insan qan verə
bilər. Kişilərdə ən tez 2 ayda bir, qadınlarda isə ən tez 3 ayda bir
olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər.
Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır. Davamlı qan vermək
insan orqanizmi üçün nəinki ziyan, əksinə bir çox xeyirli tərəfləri var.



Kim qan verə bilməz?

Müəyyən hallar var ki, bu, sizin qan verməyinizə mane ola bilər:



Müayinədə 37.5 dərəcədən artıq bədən istiliyi olanlar;

Nəbz atış sayı dəqiqədə 50-dən az 100-dən artıq olanlar;

Damardan narkotik asılılığı olanlar;

Laxtalanma faktor konsentrasiyası ilə müalicə alanlar;

Son 24 saatda həddindən artıq miqdarda alkoqol qəbul edənlər;

Cinsi yolla yoluxmuş bir xəstəlik keçirənlər və keçirmə riski yüksək cinsi əlaqədə olanlar;

Soyuqdəymə keçirənlər şikayətlərinin kəsilməsindən 3 gün sonra qan verə bilərlər;

Son 12 ay ərzində yoluxucu sarılığı olan biri ilə yaxın təmasda olanlar;

Orqan və ya toxuma köçürülməsi olanlar;

İynəbatırma ilə döymə dərinizin hər hansı bir yerinə dəlik açmaq (qulaq deşdirmə kimi) kimi əməliyyat etdirənlər;

Son
3 il ərzində malyariya xəstəliyi keçirənlər qan vermək olmaz. Malyariya
xəstəliyinin epidemiya olaraq yerləşdiyi coğrafi bölgələrdə 6 aydan çox
qalanlar 2 il müddətində, 6 aydan az qalanlar isə 12 ay qan verə
bilməzlər.

İstifadə etməkdə olduğunuz dərmanlar varsa mütləq qan verdiyiniz mərkəzdəki həkimə bildirin.

İnfarkt keçirən bir adam qan verə bilməz.



Qan verməyin uyğun olub-olmadığı nəyə əsasən qiymətləndirilir?

Qan
verməmişdən əvvəl həkim size müayinə etməlidir. Müayinə nəticəsində
həkim veriləcək qanın sizə ya da qanı alacaq xəstəyə zərər verə biləcəyi
qərarını verərsə səbəbini sizə açıqlayaraq qan ianəsini bir müddət
təxirə salır. Bəzən (daşıyıcı xəstəlik və s.) isə mövcud vəziyyət
həyatınız boyu sizin qan verməyinizə maneə yaradır.



Qan verərkən qansızlıq yaranırmı?

Verilən
qan 450 mln. qədər olur. Bədəndə orta hesabla 5000-6000 mln. qan olur.
Alınan qan bədəndəki qanın təxmini dəyəri, 1/13-i qədəri olaraq zərər
verməz. Ayrıca qan ianəsindən əvvəl qan sayımı aparılır, həkim
tərəfindən qiymətləndirilir. Qan ianəsindən əvvəl aparılan müayinədə qan
səviyyəsi aşağı olduğu (anemiya) müşahidə edilərsə qan vermək olmaz.
Normalda sağlam fərdlər qan verərlərsə azalan qan hüceyrələri sümük
iliyinin çalışması ilə sürətlə yenilənər. Onsuz da bədən, bu
hüceyrələrin yaradılması və dağıdılması fəaliyyətlərini davamlı olaraq
həyata keçirir. Alınan qan miqdarı isə sağlamlığa mənfi təsir edəcək
səviyyədə olmadığına görə, qansız qalmaq kimi bir vəziyyət yaratmır.



Bəs qan verməyin faydası nədir?

Qanaxmalı
bir xəstədə və ya böyük bir əməliyyatda 6-8 qutu qana və 4-5 qutu təzə
dondurulmuş plazmaya ehtiyac duyulur. Problemli hamiləlik keçirən və ya
qanaxmalı hamilə bir qadının həyatını davam etdirməsi üçün qan və qan
məhsullarına ehtiyac olur. Həyatında qan və qan məhsullarını almaq
məcburiyyətində olan hemofiliya və talessemiya xəstələrinin yaşamağı
üçün qana ehtiyacı vardır. Yenidoğulan və qanın dəyişməsi üçün çox təzə
qana ehtiyacı olan uşaqlar sizin qanınızı gözləməkdədirlər. Ağır böyrək
xəstələrinin də həyatlarını davam etdirmələri üçün qan və qan
məhsullarına ehtiyacı vardır. Qan istehsal edilməyən yeganə dərmandır.
Bir gün hər kəsin qan və qan məhsullarına ehtiyacı ola bilər.
Verəcəyiniz hər qan üçün pulsuz olaraq qan qrupu müəyyən edilir, Hepatit
B, Hepatit C və AİDS testləri də aparılır.

Qan verməyin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Bəs qan verməyin mənfi tərəfləri nələrdir?



Qan
ianə etmək üçün qan verən insanda axtarılan müsbət xüsusiyyətlər
vardır. Bu xüsusiyyətlər insanın sağlam olması, ən azı 17 yaşını
doldurmuş olması, qan verənin son 8 həftə ərzində qan verməmiş olması,
qan verənin antibiotik və ya digər qan durulaşdırıcı dərman
vasitələrindən istifadə etməməsi kimi şeylərdir. Bu qaydalar təbii ki,
bəzi ölkələrə görə dəyişir. Ancaq əsas xüsusiyyətlər, demək olar ki,
eyni qalır. Bu əsas qaydalara riayət edilməzsə qan alan və ya verən
adamda yaxşı nəticələrə səbəb olmur.



Qan
ianə zamanı yüngül baş dönməsi halı olan bir şeydir. Qan ianəsinin əks
təsirləri, əsasən, gənclər arasında baş verir. Bu mənfi təsirlər isə
bunlardır:



Tərləmə və titrəmə;

Özündən getmə və yıxılma;

Oynaqlarda sərtləşmə;

Stress;

Mədə bulanması;

Dodaq və burunda uyuşma.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!