Yazda enerjinizi yüksəltməyin 10 yolu

Yazda enerjinizi yüksəltməyin 10 yolu
Faydalı məsləhətlər
10.09.2017 9
Yazda, adətən, enerjimiz azalır. Qışdan çıxıb günəşli havanı
qarşıladığımız zaman yaz sindiromu yaşayırıq. Bu sindiromu üzərimizdən
atıb, daha enerjili olmaq üçün bizə sadəcə 10 addım lazımdır. Bu 10
addım haqqında ip uclarını sizinlə də paylaşırıq.



Nəfəs alın

Yoga
zamanı bütün nəfəs alıb-vermə hərəkətləri sizi sadəcə yoga pozalarının
verdiyi yorğunluqdan uzaqlaşdırmaq üçün deyil. Dərin və qədərində nəfəs
almaq oksigeni bütün bədənə yayır, beləliklə, özünüzü yenilənmiş kimi
hiss edə bilirsiniz. Səhər oyandığınız zaman günə bir az günəş vannası
və dördlü nəfəs texnikasını tətbiq edərək başlayın. Yəni, dörd
saniyə müddətində nəfəs alın, dörd saniyə nəfəsinizi saxlayın ya da dörd
dəfə dərindən nəfəs alın və dörd dəfə nəfəsinizi saxlaya biləcəyiniz
qədər bunu edin. Hər iki üsul işə yarayacaq. Özünüzü tamamilə yenilənmiş
kimi hiss edəcəksiniz.



Meyvə-tərəvəzləri blenderdən keçirdin

Enerjinizi
artırıb, immunitet sisteminizi gücləndirərək sizi xəstəliklərdən
qoruması üçün təzə meyvə və tərəvəz suları için. Gündə iki meyvə və üç
ya da dört tərəvəz yeyin. Hər birinin də, fərqli rəngdə olmasına
çalışın, çünki fərqli rənglər vitamin və mineralları özündə
birləşdirir. 



Nanə ilə canlanın

Nanəli
konfetlər və təzə nanə yarpaqlarının qoxusu oyadıcı təsirə malikdir.
Nanəli bədən şampunu ilə yuyunmaq və ətrini bədənə çəkmək sizin
yorğunluğunuzu azaltmağa kömək edəcək.



Qırmızı dodaq boyası çəkin

Pantone
Rəng İnstitutu parlaq qırmızı, isti çəhrayı, narıncı və sarı kimi isti
rənglərin enerji səviyyəsini artırdığını bildirir. Parlaq dodaq boyası
ilə ya da neon rənglərdə olan köynəklə özünüzü daha enerjili hiss
edəcəksiniz.



Kaliumla güclənin

Kaliumun
orqanizmimiz üçün çox faydası var. Amma bu faydanın səbəbinin nə
olduğundan elə də əmin deyilik. Demək olar ki, hamısı maddələr
mübadiləsinin enerjisilə bağlıdır. Əgər qədərində kalium qəbul
edirsinizsə maddələr mübadiləsi ən yaxşı şəkildə işləyir
deməkdir. Banandan əlavə kaliumla zəngin olan qidalar xurma, tünd yaşıl
tərəvəzlər (kələm, kahı) və balıqdır.



Otağınıza günəşi gətirin

Təbii günəş işığı ilə oyanmaq gözəl hisdir. Yuxu tənbəlliyinizi üzərinizdən atmaq üçün pəncərələrinizi açıq saxlayın. 



Telefonlarınızı söndürün

Demək
olar ki, texnologiya dövründə hamımız bu alətlərdən asılı
vəziyyətdəyik. Amma yatdığımız zaman bütün bu alətləri 1 saat əvvəldən
söndürməyimiz bizə daha keyfiyyətli yuxu bəxş edər. Bu texnoloji
alətlərdən yayılan mavi işıq istirahətimizlə əlaqəli melatonin
hormonuna mane olur. 



Yeyin və təkrarlayın

Dörd
kiçik dişlək almaq ağır yeməyi sürətlə yeməkdən daha yaxşıdır. Qan
şəkərinin düşməsi isə özünüzü pis etmənizə səbəb olur. Həyatınızda hər
şey sabit olsun deyə üç qida növünə diqqət etmək lazımdır: kərəvizlə
badam əzməsi, fındıq və babanla hazırlanmış dənli bitkili yemək və yer
fıstığı ilə banan əzməli dənli bitkilərdən hazırlanmış yemək.



Çay için

Bütün
kafeinlər eyni funksiyaya malik deyildir. Hərəsinin öz funksiyası var.
Toz halında olan yaşıl çay espresso kimi tünd dada malik deyil,
oyandırıcı təsirə malik olan kafein və antioksidantları özündə
birləşdirir.



B vitamini qəbul edin

B
vitamini qan şəkərini nəzarətdə saxlamağa yardımçı olur. Qan dövranını
və oksigenin qəbulunu sürətləndirir. Bunlar isə öz növbəsində maddələr
mübadiləsinin fəaliyyətini sürətləndirməyə kömək edir. Xüsusilə də,
spirtli içki qəbul edirsinizsə bu, orqanizmdə B vitaminini bitirir. Ona
görə də, spirtli içki qəbul etməzdən əvvəl mütləq B vitamini qəbul edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!